Şeyx Nəim Qasım: “ABŞ dövrümüzün Fironudur”
Mьəllif: admin1
Tarix: 14-08-2018, 18:47
Bцlmə: Xəbərlər
Şeyx Nəim Qasım: “ABŞ dövrümüzün Fironudur”
Livanın Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasım ABŞ-ın Yəməndəki qətliamlarla bağlı mövqeyi və bəzi ölkələrə qarşı sanksiya tətbiq etməsinə toxunaraq, ABŞ-ı dövrümüzün Fironu adlandırıb.

Deyerler.org Təsnimə istinadən xəbər verir ki, Şeyx Nəim Qasım açıqlamasında, ABŞ-ı Firon kimi, qətliam edib, dağıntılar törətdiyini bildirib: “Bu gün ABŞ Türkiyə və Avropa ölkələri ilə yaşadığı münaqişələr ucbatından öz mənfəətindən başqa bir dostu yoxdur. Belə ki, bəzi ölkələrə qarşı neft sanksiyaları başda olmaqla sanksiyalar tətbiq etməyə çalışır.

Vaşinqtonun insan haqları iddiaları da yalandan başqa bir şey deyil. Çünki bu ölkə Yəməndə uşaqlar, qadınlar və yaşlıların qətliamı məsələsində laqeyd qalır. Dünya ABŞ-ın yalançı olduğunu və bu ölkəyə etibar edilməməli olduğunu bilməlidir”.

Şeyx Nəim Qasım, həmçinin 33 günlük müharibədə əldə olunan qələbəni də təbrik edərək, bu müharibənin müqavimət cəbhəsinin qurulması və təkfirçilərin İraq və Suriyadan qovulması və Yəmən müqaviməti ilə nəticələndiyini qeyd edib.

Oxşar xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930