Hizbullah: “Qüds Fələstin dövlətinin əbədi paytaxtı olaraq qalacaq”
Mьəllif: admin1
Tarix: 14-03-2018, 21:04
Bцlmə: Xəbərlər
Hizbullah: “Qüds Fələstin dövlətinin əbədi paytaxtı olaraq qalacaq”
Livanın Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasım bu ölkədə təşkil olunan “Beynəlxalq Fələstinə qayıdış” konfransında ABŞ-ın regiondakı siyasətini tənqid edib.

Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, konfransda çıxış edən Şeyx Nəim Qasım, ABŞ-ın bütün qərarlarına rəğmən Qüdsün Fələstin dövlətinin əbədi paytaxtı olaraq qalacağını bildirib.

“Bu dövlətin bölgədə terrorçuları toplaması, Yəmənə qarşı hücumlarda Səudiyyə rejimini dəstəkləməsi və Bəhreyn xalqına təzyiq tətbiq etmək formasında müdaxilə bölgəmizə zərər vurub”, - deyə Şeyx Nəim Qasım bildirib.

Hizbullah hərəkatının baş katibinin müavini çıxışının davamında belə qeyd edib: “ABŞ-ın regiondakı problemlərlə bağlı heç bir həll yolu yoxdur. Bu səbəbdən onların bölgədəki cinayətlərinə diqqət etməliyik.

İsrail rejimi ilə münasibətlərini normallaşdıran ölkələrin xalqlarını idarə etmə haqları yoxdur və silahlı müqavimətdən başqa fələstinlilərin geri qayıtması üçün hər hansı bir həll yolu da yoxdur”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930