"Hizbullah": Ərəbistan Suriyada məğlubiyyəti etiraf etdi
Mьəllif: admin1
Tarix: 11-09-2017, 10:35
Bцlmə: Xəbərlər
"Hizbullah": Ərəbistan Suriyada məğlubiyyəti etiraf etdi
Dünən Ciddədə Rusiya xarici işlər naziri Sergey Lavrov ilə iştirak etdiyi bir mətbuat konfransında danışan və Yaxın Şərqdə davam edən bir çox böhranın həlli məsələsində Rusiya ilə böyük nisbətdə eyni fikrə malik olduqlarını deyən Səudiyyə rejimi hökuməti xarici işlər naziri Adil bin Cübeyr Suriya probleminin də beynəlxalq prinsiplər işığında həll edilməsi, ölkənin suverenliyinin qorunması və daxili işlərinə müdaxilə edilməməsi mövzularında Rusiya ilə eyni cür düşündüklərini ifadə etmişdi.

İslamazeri.com xəbər verir ki, Livan "Hizbullah"ı Baş katibinin müavini Şeyx Nəim Qasım "Al Manar" televiziyasına verdiyi açıqlamada Ərəbistanın regionda almış olduğu ağır məğlubiyyətlər səbəbilə çox çətin günlər keçirməkdə olduğunu deyib.

Şeyx Nəim Qasım: "Deyr əz-Zorun azad edilməsi İŞİD terror təşkilatına qarşı qazanılan son qələbədir" - deyib.

Şeyx: Müqavimət qüvvələrinin və ordunun koordinasiyasə Livan təpələrində uğuru qələbəni gətirdiyini bildirib.

Baş katibin müavini; "Suriya böhranının siyasi həll hazırlıqlarının qeyri-rəsmi olaraq başladığını açıqlayaraq, Hələbin azad edilməsilə Hələbin bölünməsi layihəsi çökdü" - deyib.

Qasım Deyr əz-Zorun azad edilməsini İŞİD terror təşkilatı əleyhinə qazanılan son qələbə kimi səciyyələndirib, Livan və Suriya arasındakı məsələnin həll edilməsinin tələb olunmasının Livanın faydasına olduğu açıqlamasını da verib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930