Hizbullah: “Vəzifəmizi başa çatdırmadan Suriyanı tərk etməyəcəyik”
Mьəllif: admin1
Tarix: 4-09-2017, 21:31
Bцlmə: Xəbərlər
Hizbullah: “Vəzifəmizi başa çatdırmadan Suriyanı tərk etməyəcəyik”
Livanın Hizbullah Hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasım vəzifələrini sona çatdırmadan Suriyanı tərk etməyəcəklərini bildirib.
Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, Şeyx Nəim Qasım sözlərini belə davam etdirib: “Hizbullah bəzi mətbuat orqanları tərəfindən aparılan böhtanlara baxmayaraq, azad və müstəqil bir Suriyanın mövcud olmasını təmin edəcək. Sionistlərin səhnədə olduğu müddət ərzində biz də bu torpaqları tərk etməyəcəyik. İllərlə davam etsə də, Suriyada olmağa davam edəcəyik”.

O, daha sonra sözlərini belə davam etdirib: “Hazırda şahid olduğumuz təhlükəsizlik ilə sabitliyin əsas səbəbi müqavimət cəbhəsidir. Digər tərəfdən də, təkfirçi təşkilatlarla sionistlərə qarşı əldə olunan qələbələrin səbəbi də eyni halda müqavimət gücüdür. Yəni ordu, millət və müqavimət arasındakı bərabərlik əvvəlki kimi davam edir”.

Livan xalqının müxtəlif təbəqələri ilə siyasi qrupları arasındakı birliyin qorunmalı olduğunu vurğulayan Şeyx Nəim Qasım, belə deyib: “Biz bu birlik sayəsində sionistlərin qarşısına keçib, dayana bildik. İndi də bu yolun davam etdirilməsi üçün eyni birliyi qorumaq lazımdır, çünki düşmənlərə qarşı müqavimət göstərmənin yeganə yolu budur”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930