Rohinca müsəlmanları Hindistandan da qovulur
Mьəllif: admin1
Tarix: 13-08-2018, 22:10
Bцlmə: Xəbərlər
Rohinca müsəlmanları Hindistandan da qovulur
Hindistanın işğalı altında olan Cammu Kəşmir bölgəsində yaşayan Rohinca müsəlmanlarının qovulması tələb edilir.

Maide.az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, bunu Hindistanın milliyətçi rəhbəri Rajiv Mahajan hökumətdən tələb edib.

O, rohincaların bölgədə milli və regional təhlükə yaratdığını əsas gətirərək onların ölkədən çıxarılmasını istəyib:

“Hər an partlayacaq “yanar dağın” üzərində otururuq. Mərkəzi və yerli hökumət qanunsuz miqrantları müəyyənləşdirməli və deportasiya etmək üçün çalışmalıdır. Rohincalar xalqımız üçün təhlükədir”.

Qeyd edək ki, Myanmada buddist hökumətin zülmündən qaçan rohincalar Banlqadeşlə yanaşı, Cammu Kəşmir bölgəsində meşəlik ərazilərə sığınmışdı.
Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930