Myanma lideri Auy San Su rohinca müsəlmanları ilə bağlı ilk dəfə çıxış edib
Mьəllif: admin1
Tarix: 19-09-2017, 20:36
Bцlmə: Xəbərlər
Myanma lideri Auy San Su rohinca müsəlmanları ilə bağlı ilk dəfə çıxış edib
İslaminSesi-nin BBC-yə Myanmanın faktiki lideri Aun San Su Çji ölkənin Rakhayn əyalətində rohinca müsəılmanlarına qarşı edilmiş kütləvi zorakılıq halları ilə bağlı ilk dəfə olaraq çıxış edib.
Myanma hökümətinin dövət müşaviri San Su Çji bəyan edib ki, ölkə hakimiyyəti rohinca müsəlmanlarına qarşı siyasətinə görə beynəlxalq ictimaiyyətin tənqidindən qorxmur.

"Mən bir çox dostlarımızın yandırılmış kənd və qaçqın topluluqları haqda xəbərlərdən narahat olmalarını başa düşürəm", - deyə San Su Çji, Myanma parlamenti qarşısında çıxış edərkən bildirib.

Aun Sanın sözlərinə görə, hakimiyyət vəziyyəti diqqətlə araşdırmaq və bütün gələn arqument və əks arqumentləri dinləmək niyyətindədir.

O, həmçinin beynəlxalq birliyin Myanma hakimiyyətinin böhranın həlli üçün etdiklərindən xəbərdar olmalı olduğunu qeyd edib və Banqladeşə qaçan rohinca müsəlmanlarının lazımi yoxlamadan keçdikdən sonra qayıda biləcəklərini bəyan edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930