BMT baş katibi: "Rohinca müsəlmanlarına qarşı zorakılığa son qoyulmalıdır"
Mьəllif: admin1
Tarix: 14-09-2017, 10:10
Bцlmə: Xəbərlər
BMT baş katibi: "Rohinca müsəlmanlarına qarşı zorakılığa son qoyulmalıdır"
BMT-nin baş katibi Antoniu Quterreş Myanmar hökumətini ölkədə hərbi əməliyyatlara və rohinca müsəlmanlarına qarşı zorakılığa son qoymağa çağırıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, baş katib bəyan bildirib ki, hazırkı vəziyyət regionu böhrana sürükləyir.

“Myanmarda humanitar vəziyyət fəlakət həddindədir”, A.Quterreş vurğulayıb. O, qaçqınlara təcili humanitar yardım göstərməyə çağırıb.

Qeyd edək ki, avqustun sonunda “Arakan Rohinca Qurtuluş Ordusu” qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin qətlinə səbəb olub, 400 nəfər ölüb, 370 min nəfər isə Banqladeşə qaçmağa müvəffəq olub.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930