Taxta lövhələr üzərində işlənmiş Quran böyük maraq doğurub
Mьəllif: admin1
Tarix: 11-08-2018, 15:32
Bцlmə: Xəbərlər
Taxta lövhələr üzərində işlənmiş Quran böyük maraq doğurub
İndoneziyada nümayiş etdirilən dünyanın ən böyük taxta lövhələr üzərində işlənmiş Qurani-Kərimi böyük marağa səbəb olub.

Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, Palembanq şəhərindəki Əl-Əkbər Qurani-Kərim muzeyində sərgilənən Quranın uzunluğu 1.77 sm, eni də 140 sm-dir.

Xəttatlıq sənəti ilə məşğul olan və taxtaya işlənmiş Qurani-Kərimi hazırlayan indoneziyalı Şofvatilla Mohzaib, Anadolu-nun müxbirinə verdiyi açıqlamasında, 2001-ci ildə başladığı ayələrin taxtalar üzərində işlənməsi işlərini 2009-cu ildə tamamladığını söyləyib.

Maddi dəstəyin olmaması və istifadə edilən ağacın azlığı səbəbindən əsərini 9 ilə bitirdiyini söyləyən Mohzaib, Nümayəndələr Palatasının sabiq sədri Marzuki, Alie və Xalqın Məşvərət Məclisinin sədri Taufik Kiemas daxil olmaqla bir çox insandan gələn maddi yardımlarla əsəri tamamlaya bildiriyini deyib.

Mohzaib 2000-ci ildə Palembanq Ulu məscidində xəttatlıq hissəsi oxuduğu vaxtlarda nəhəng bir Qurani-Kərim yazmaq fikrinin formalaşdığını, gördüyü yuxulardan bu ideyasının reallaşmasına təsir etdiyini qeyd edib.

İlkin mərhələdə təcrübə qazanmaq üçün surələri kağıza yazdığını qeyd edən Mohzaib, belə danışıb: “Əvvəllər kartonlara Fatihə surəsini yazaraq təcrübə qazanmışam. Mütəxəssis şəxslərdən razılıq aldıqdan sonra Qurani-Kərimin cüzlərini taxta üzərində işləməyə başladım”.

Mohzaib taxta Qurani-Kərimi görmək üçün 2012-ci ildən etibarən bir milyon insanın muzeyi ziyarət etdiyini söyləyib.


Taxta lövhələr üzərində işlənmiş Quran böyük maraq doğurub
Taxta lövhələr üzərində işlənmiş Quran böyük maraq doğurub
Taxta lövhələr üzərində işlənmiş Quran böyük maraq doğurub


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031