Dünyanın ən qədim uzun Qurani-Kərim nüsxəsinin uzunluğu nə qədərdir?
Mьəllif: admin1
Tarix: 8-05-2014, 16:13
Dünyanın ən qədim uzun Qurani-Kərim nüsxəsinin uzunluğu nə qədərdir?
Dünyanın ən qədim uzun Quran nüsxəsi Ərzurumda nümayiş olunur
İslamazeri.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, dünyanın ən uzun və ən qədim Qurani-Kərimi Türkiyənin Ərzurum şəhərindəki Yaqutiyyə mədrəsəsində "Müqəddəs Miras" sərgisində insanlara nümayiş olunur.
Nümayiş olunan Qurani-Kərimin uzunluğunun 25 metr olduğu qeyd olunur.
Bu Quran nüsxəsinin 16-cı əsrdə yazıldığı ehtimal olunur. Onu da qeyd edək ki, Türkiyədə nümayiş olunan bu Qurani-Kərimdən dünyada sadəcə bir nüsxə mövcuddur.
Məlumat üçün onu da qeyd edək ki, müasir dövrdə hazırlanmış ən uzun Qurani-Kərimin uzunluğu 208 metrdir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930