Həzrət Əbülfəzl Abbasın (ə) Albaniyadakı məqamı
Müəllif: Admin
Tarix: 9-08-2018, 21:36
Bölmə: Xəbərlər
Həzrət Əbülfəzl Abbasın (ə) Albaniyadakı məqamı
Albaniyanın şərqində Tumur dağı yerləşir. Bu dağda bir türbə vardır ki, Həzrət Abbas Əli (ə) türbəsi və həmçinin “Abbas Əlinin (ə) qədəmgahı” adı ilə məşhurdur. Tarixşünaslar Həzrət Əbülfəzl Abbasın (ə) bu torpaqlara gəlməsini pəhləvanın atının və özünün ayaq izlərilə təsdiq edirlər.

Deyerler.org İmamhussain-ə istinadən xəbər verir ki, ilin bütün fəsillərində burada ziyarətçi görmək olur. Avqust ayının 22-dən 25-dək isə bu ziyarətgahın xüsusi ziyarət günləridir. İl ərzində 250 mindən çox insan buranı ziyarət edir. Onların hamısı Əhli-Beyt (ə) sevdalısı deyil, aralarında sünnilər və xristianlar da var.

Dağ dəniz səviyyəsindən 2416 metr yüksəklikdədir və dağın öz hündürlüyü 2379 metdir. Bu dağ qədim Yunan zamanından “tanrılar məbədi" kimi məşhur olub. Bəzi tarixçilərin dediyinə görə isə bu dağ əslində yunanlıların “Olimpiya” dağıdır ki, qədim albaniyalılar bu dağa “duduna” deyirmişlər.

Sonralar isə bektaşi böyüklərindən Hacı Baba adlı bir şəxs Kərbəlaya səfər edir və Həzrət Abbasın (ə) ziyarətgahının torpağından gətirib Abbas bin Əli qədəmgahı deyilən yerə tökür və üzərində türbə tikirlər. Beləliklə Həzrət Abbas (ə) üçün burada ikinci bir ziyarətgah yaranır.

Bundan sonra isə 1916-cı ildə bektaşilər burada özlərinə “müqəddəs təkkə” düzəldirlər və bu dağ “Həzrət Əbulfəzl Abbas (ə)” dağı adlanmağa başlayır. Bektaşiyyə təriqətinin davamçıları hər il avqust ayının 20-dən 25-dək bu dağı ziyarət edirlər və burada Həzrət Abbas (ə) qurbanları kəsirlər.

2013-cü ildə rəssam Stefan Popdimitrovun hazırladığı Həzrət Əbülfəzl Abbasın (ə) at üzərində iki uşaqla əyləşmiş heykəli Abbas bin Əli zirvəsində yerləşdirilib.


Həzrət Əbülfəzl Abbasın (ə) Albaniyadakı məqamı
Həzrət Əbülfəzl Abbasın (ə) Albaniyadakı məqamı
Həzrət Əbülfəzl Abbasın (ə) Albaniyadakı məqamı
Həzrət Əbülfəzl Abbasın (ə) Albaniyadakı məqamı


Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031