Dişləri ilə yaratdığı əsəri Həzrəti Abbasın (ə) hərəminə hədiyyə etdi
Mьəllif: admin1
Tarix: 16-03-2018, 10:09
Bцlmə: Xəbərlər
Dişləri ilə yaratdığı əsəri Həzrəti Abbasın (ə) hərəminə hədiyyə etdi
Vəfadarlığın çoxlu sayda portreti var. Bu portretlər vasitəsilə sevən adam, sevdiyinə duyduğu yaxınlığı və vəfasını ifadə edir.

İranın Tehran şəhərindən Əhli-Beyt (ə) sevdalısı Mehdiyyə Baqiri xanımın əsəri belə bir portretlərdəndir. Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminə bir hədiyyə etmək arzusu onu bədəninin demək olar bütün hissəsini əhatə edən iflic üzərində qalib edib.

Əllərini istifadə edə bilməyən, ailəsinin də köməyini istifadə etməyən bu xanım, çox qısa müddətdə və dişləri vasitəsilə Həzrət Əbülfəzl Abbasa (ə) hədiyyə hazırlamağa nail olub.

Mehdiyyə Baqirinin anası belə deyib: “Mehdiyyə bədəninin hər tərəfini bürüyən bir iflicdən əziyyət çəkir. Nə eşidə, nə də danışa bilir. Müqəddəs Kərbəla şəhərinə ziyarətə gedəcəyimizi öyrənən kimi, bu işə başladı və on gündə tamamlamaq üçün inadla səy etdi”.

Mehdiyyənin hədiyyə etdiyi portret rəngli muncuqlardan düzəldilmiş bir sənət əsəridir. Ortasına da Həzrət Əbülfəzl Abbasa (ə) duyduğu sevgi və bağlılığı qeyd etmək üçün “Ya Abbas” yazıb.

Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminə çatdığı vaxt da bu əsərini müqəddəs ziyarətgahın hədiyyələr və nəzir bölməsinə hədiyyə edib.




Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930