Xərçəngə yoluxmamaq üçün nə edək? - Alimlərdən tövsiyə
Mьəllif: admin1
Tarix: 29-05-2018, 19:09
Bцlmə: Xəbərlər
Xərçəngə yoluxmamaq üçün nə edək? - Alimlərdən tövsiyə
Düzgün qidalanma və sağlam həyat tərzi bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alır. Alimlərin araşdırmalarına görə, piylənmə, 12-yə yaxın onkoloji xəstəliklərin inkişafına yol açır.

"Deyerler.org"un "ria.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, alimlərin gəldiyi nəticələrə əsasən, insan bədəninin çəkisinin çox olması, qaraciyər, yumurtalıq, prostat, mədə, ağız və boğaz, bağırsaq, döş, öd kisəsi, böyrək, qida borusu, mədəaltı vəzi və uşaqlıq xərçəngi ilə əlaqəlidir.

Bədxassəli şişlərdən uzaq olmaq üçün yüksək fiziki aktivliyi saxlamaq, tərkibində meyvə tərəvəz, kəpəkli, paxlalı bitkilər daxıl olan balanslaşdırılmış qida rasionuna riayət etmək, eyni zamanda, yağlı, yarımfabrikat, fastfud yeməklərdən, qırmızı ətdən, şəkərdən pəhriz olunmaq tövsiyə edilir. Alkoholun qidalara qatılmaması təkid olunur.

Oxşar xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930