Almanın faydaları
Mьəllif: admin1
Tarix: 5-03-2016, 19:31
Almanın faydaları
Alma hər gün yemək rasionuna daxil edilməli olan xeyirli meyvələrdəndir. Belə ki, tərkibinin zənginliyi almanı insan orqanizmi üçün əvəz edilməz bir qidaya çevirir. Bu materialımızda sizə almanın bəzi xeyirlərindən söhbət açacayıq.

Alma arıqlamağınıza köməkçi olar. Tərkibində olan zəngin xeyirli maddələrə görə, orqanizmdə maddələr mübadiləsini gücləndirır. Həzm sisteminin normal işləməsinə kömək edər.

Güclü və sağlam diş ətləri üçün lazımlı olan C vitamininə malikdir. Ağz boşluğunun daim nəm olmasını təmin edir. Yəni alma yemək ağız boşluğu üçün sağlamlıq gətirər.

İmmunitet sisteminizi gücləndirər. Bədənin daha sürətli yenilənməsinə köməkçi olar. Xüsusilə qırmızı almanın tərkibində sağlamlığınızı təmin edə biləcək kuersetin adlanan maddə var.

Təcrübələr zamanı məlum olub ki, alma görmə sistemində yarana biləcək problemlərin qarşısını alır. Alma gözlərinizi qoruyar və katarakt xəstəliyinin meydana gəlməsinin qarşısını alar.

Alma qəbizliyi aradan aparar, onun mədə bağırsağa çox xeyiri var.

Edilən araşdırmalar, almanın beyin funksiyaları üzərində əhəmiyyətli təsirləri olduğunu göstərir. Beyni aktiv saxlamaq üçün alma yeyin.

Parkinson - beyində yaranan bir xəstəlikdir və elm adamları bu xəstəliyə zərərli sərbəst radikalların səbəb olduğunu söyləyirlər. Alma beyni qoruyaraq sərbəst radikallarla döyüşməkdə güclü bir köməkçidir.

Almanın ən böyük faydalarından biri xərçənglə mübarizə aparmaqdır. Mədəaltı vəzi xərçəngiylə mübarizədə 23% riski azaltdığı təsbit edilmişdir. Alma qabığında olan maddələr qaraciyər, süd vəzisi, ağciyər və dəri xərçəngi ilə mübarizədə əhəmiyyətli bir köməkçidir.Deyerler.org/


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930