Darçınla alma çayı. Çox faydalı!
Mьəllif: admin1
Tarix: 21-12-2020, 12:16
Darçınla alma çayı. Çox faydalı!
Alma çayı bir çox ölkələrdə ən populyar içkilərdən biri sayılır. Belə hesab olunur ki, bu çayın vətəni Türkiyədir.

Bu çay orqanizmə çox müsbət təsir edir:

- mübadilə proseslərini aktivləşdirir.

- orqanizmdən toksinləri xaric edir.

- ödemləri azaldır, su-duz balansını normallaşdırır.

- iştahanı azaldır. (Bu xüsisilə arıqlamaq istəyən insanlar üçün vacibdir.)

- qanda xolesterinin səviyyəsini azaldır.

- soyuqdəymə zamanı yaxşı kömək edir.

- iltihabları azaldır.

Bu çayın müxtəlif hazırlanma üsulları mövcuddur. Ənənəvi alma çayı belə hazırlanır:

1. İri alma yaxşı yuyulur, xırda tikələrə doğranılır, üzərinə 1/2 l qaynar su tökülür, odun üzərinə qoyulur.

2. Qaynara düşəndə oddan götürülür və 1 çubuq darçın əlavə olunur.

3. Daha sonra 30 dəqiqə ərzində qapağı bağlı qazanda dəmlənilir, süzülür və zövqə görə təzə dəmlənmiş qara və ya yaşıl çayla qarışdırılır.

4. İçməzdən əvvəl çaya bal və ya şəkər tozu əlavə olunur./Saglamolun/



nur-az.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930