İlahi nemət
Mьəllif: admin1
Tarix: 14-04-2014, 12:30
İlahi nemət


Alim Allah aləmləri yaratdı, yer üzünü istifadə üçün yararlı etdi ki, сanlılar yarandıqda əziyyətə düşməsinlər. Öz hikməti üzrə, hər yaratdığı сanlının əvvəl ruzisini yaratdı Allah. Alim və Qadir Allah Adəmi (ə) yaratmazdan əvvəl yer üzünü bitkilərlə zinətləndirdi. Adəmin (ə) və onun övladlarının ruzisini yaratdı əvvəl, sonra özlərini. Yaratdı və bütün yaratdıqlarından üstün qərar verdi, yaratdıqlarına xəlifə elan etdi Adəmi (ə). Və buyurdu: -Yaratdığım nemətlərin hamısından istifadə et, qadağan etdiklərimdən başqa. Beləliklə, Allah yer üzündə olan hər şeyi Babamız və ilk insan-peyğəmbər olan Adəmə Quran ifadəsilə öyrətdi. Və bu öyrətmə, bu yol göstərmə 124 min peyğəmbər vasitəsilə davam etdirildi. İnsanları yol azmadan qoruyan qanunlarla birlikdə onların ömürlərinin sağlamlıq içində keçməsini saxlayan tövsiyələr, xəstəliklərdən qurtarma yolları da bildirilmişdir bu ilahi alimlərin təlimlərində. Və bu tövsiyələri və sağalma yollarını 124 min ilahi alimlərin elminə varislik edən son peyğəmbər həzrəti Məhəmməd (s) və onun pak övladları olan imamlar öz hədislərində insanlara çatdırmağa, Anamız təbiətdən öz sağlamlığımız üçün necə istifadə etməyi öyrətməyə çalışmışlar. Bizlərə isə yalnız bu tövsiyələrə qulaq asıb əməl etmək qalır ki, inşallah bu işdən xeyir görərik.

Alma Allahın bizə bəxş etdiyi nemətlərdən biridir ki, onu hər gün biz bir dadlı meyvə kimi istifadə edirik, amma bilmirik ki, bu nemət bizim üçün həm də bir dərmandır. Alma çox zəngin bir tərkibə malikdir. Belə ki, almanın tərkibində A, V1, V2, V6, S, E vitaminləri, karotin, uçan yağlar, tanin, üzvi turşular- alma , limon turşusu, şəkərlər, qlükoza, saxaroza, fruktoza, dəmir, fliorid, fosfor, marqaniz, kükürd, kalium, natrium, pektin, aşılayıjı maddələr və s. vardır ki, bunlar insan orqanizmi üçün çox əhəmiyyətlidir.

Həzrəti peyğəmbərimizin (ə) pak övladlarından olan altıncı imamımız Сəfər Sadiq (ə) buyurur: «-Əgər сamaat almada olan xüsusiyyətləri bilsələr öz xəstəliklərini ondan başqa bir şeylə müaliсə etməzlər». Tibb elminin dərinliklərinə bələd olan, şəfa və kəramət qapısı səkkizinci imamımız, İmam Rza (ə) isə buyurur ki: «Alma yemək mədəni ətirləndirər. O zəhərlənmə, cadu, əqli zəiflik, dəlilik və bəlğəm üçün faydalıdır. Mən almanın faydası kimi sürətli fayda bilmirəm». Gündəlik alma yemək gözəl və təmiz qan yaradır. Alma yemək hamilə qadınlarda ürək bulantısını kəsər, qanı təmizləyər, doğumu asanlaşdırar, uşağın ana bətnində sağlam bəslənməsinə zəmin yaradar.

Yatmazdan əvvəl alma yemək yuxu gətirər, yuxuya getməni asanlaşdırar.
İmamlar atası Əmirəl-möminin Əli (ə) alma haqqında buyurur: «Alma yemək mədəni gücləndirər, alma yeyin».
Alma yemək (gündə bir ədəd) həzm prosesini tənzimlər, kökəlmənin qarşısını alar. Alma mədə şirəsi üçün də çox faydalıdır.
Alma yemək və onu iyləmək sinir sisteminin pozulması zamanı müsbət təsir göstərər, beyni açar, onun fəaliyyətini gücləndirər.
Bu ilahi nemət orqanizmi toksinlərdən - zərərli maddələrdən təmizlər. Qabıqlı yeyilən alma isə orqanizmdəki zərərli mikrob və bakteriyaları məhv edər.
Gündəlik iki alma yemək insanın sifətini ağardar və gözəlləşdirər. Bu baxımdan sifəti alma suyu ilə silmək daha faydalıdır. Alma yemək dəri xəstəliklərində də müsbət təsir göstərir.

Bu ilahi nemətin gözəl xüsusiyyətlərindən biri də böyrəklərin fəaliyyətini güсləndirməkdir. Qurudulmuş alma qabığı isə güclü sidikqovucu olmaqla yanaşı, həm də böyrək daşlarını tökür. Bronxit və anginaya qarşı da alma dəyərli dərmanlardan biridir. Alma tumlarını heyva tumu ilə birlikdə əzib qaynadır, səhərlər süzüb bal ilə qarışdıraraq boğazı qarqara etmək və içmək xüsusən faydalıdır.

Əgər almanın içərisini çıxararaq oraya zəfəran doldurub iylənsə o, ürək döyüntüsünün qarşısını alar. Bu xüsusiyyəti almaya onun tərkibindəki qlükoza və fruktoza verir. Almanı, ümumiyyətlə, ürəyin köməkçisi saymışlar, o, ürək xəstəliklərində və qan damarlarının təmizlənməsində, qanda xolesterinin miqdarını salmaqda ən dəyərli vasitələrdən biridir.

Alma bağırsaq parazitlərini və qurdlarını tökməkdə də böyük əhəmiyyət kəsb edir. Bunun üçün alma tumları balqabaq tumları ilə əzilib qaynadılır, səhərlər süzülərək 1 həftə ərzində (Yeməkdən 1-2 saat əvvəl) 1 çay bardağı içilir.

Almanı ac qarına yemək ağız boşluğundakı yaraları müalicə edər, dişləri təmizlər, ağızda gözəl qoxu yaradar. Alma yemək hətta, sarımsaq qoxusunu belə aparar. Alma yemək qastriti müalicə edər, onu əzib balla qarışdıraraq (1 alma - 1 xörək qaşığı bal) səhərlər aс qarına yemək ilə mədə yarasını sağaltmaq olar.

Alma qaraciyərin fəaliyyətini gücləndirir, sarılığı müaliсə edir. İnsanda bu meyvənin müsbət təsir göstərmədiyi bir orqan yoxur.

Alma kimyəvi tərkibinin bolluğu sayəsində vitamin çatışmamazlığı zamanı ən çox tövsiyə olunan qidalardan olmaqla bərabər, xəstəliklərdən sonrakı halsızlığı və qan azlığını da aradan qaldırmaqda (istər bütöv şəkildə, istərsə də şirə şəklində) müvəffəqiyyətlə işlədilir. Almanın tərkibindəki A vitamini onu görmə qabiliyyətini gücləndirən dərmanlar sırasına çıxarır. Almadan hazırlanmış şərbət mədə və ürəyi qüvvətləndirir, susuzluğun, ürək döyüntüsünün, təng nəfəsliyin, ürək bulantısının qarşısını alır. Bu baxımdan alma mürəbbəsi də çox faydalıdır. Alma çiçəyindən hazırlanmış mürəbbə isə ürək zəifliyi və beyin üçün faydalıdır. Onu yarıbayarı qızılgül ləçəkləri ilə qatıb bişirirlər. Alma bəhməzi isə ürəyi qüvvətləndirir, qan təzyiqini tənzim edir və ödün sürətli ifrazatını yatırır, ürəkbulanma və mədə pozulmasının qarşısını alır. Alma bəhməzini almaq üçün onu soyur, tumlardan təmizləyir, şirəsi çıxarılır. Alınan şirə 4/1 qalana qədər odda bişirilir.

Bu ilahi nemətin, hətta yarpaqlarında da Allah insanlar üçün şəfa qərar vermişdir, belə ki, onu qaynadıb balla qataraq zəhərlənməyə qarşı işlədirlər.

İmam Сəfər Sadiq (ə) buyurur ki: «Zəhərlənməyə qarşı alma şirəsi və qurudulmuşundan faydalı bir şey görmürəm, ilan və əqrəb sanjan şəxslərə alma suyu verin».

Bir dilim almanı arı sancan yerə qoymaq, ağrının və iltihabın qarşısını alır. Bişirilmiş alma çibanların üzərinə bağlanarsa, gözəl təsir göstərər. Müdriklərin nəzərində alma qədimlərdən cism və ruhun qidası adlandırılmışdır. O, güclü qida maddəsi olmaqla bərabər həm də əzələ və sinir sistemini möhkəmləndirir, gözəl əhval-ruhiyyə yaradır. Bununla bərabər, oynaq ağrıları, revmatizm və s. xəstəliklərdə, qida borusunun xəstəliyində alma əvəzsizdir.

Qədimlərdə soyuqdəymə ilə mübarizə üçün üç günlük alma recimi keçirərmişlər.
İslamın sönməz ulduzlarından biri, yeddinci İmamımız Museyi Kazim (ə) buyurur:
«Peyğəmbərin ailəsi soyuq su içməklə və alma yeməklə soyuqdəymə və qızdırmanı müalicə edirdilər».

Maraqlıdır ki, tez yetişən turşməzə almalar öd, təzyiq və sinir sistemi üçün daha münasibdir. Yetişməmiş almanın şirəsindən isə mədə-bağırsaq, diabet (şəkər xəstəliyi) və s. istifadə edirlər.

Qurudulmuş alma qabığını qaynadıb suyundan qulaq ağrısı zamanı qulağa damızdırırlar.
Bu ilahi nemət, həm də gözəl qan kəsijidir. Belə ki, İmam Сəfər Sadiq (ə): «Burnundan qan açılmış şəxsə, qanın qarşısını almaq üçün alma şirəsi içirin» - deyə tövsiyə edir.

Başqa bir hədisdə isə İmam Сəfər Sadiq (ə) buyurur ki,- «almanı yeməmişdən iyləyin, bucür etsəniz o, bütün xəstəlikləri bədəndən xaric edər».
Öz ilahi qanunları ilə 124 min peyğəmbəri insan oğlu üçün müəllim etmiş Böyük Yaradana şükürlər olsun, 124 min peyğəmbərin ən şərafətlisi, elmlər şəhəri, aləmlərə rəhmət olaraq göndərilmiş həzrəti Məhəmmədə və onun peyğəmbərlərin elminə varislik edən, pak övladlarına salamlar olsun.

Məşədi Novruz Murtuzov,
həkim.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930