Öd kisəsi üçün hansı məhsullar xeyirlidir?
Mьəllif: admin1
Tarix: 10-05-2016, 11:29
Öd kisəsi üçün hansı məhsullar xeyirlidir?
Öd kisəsi xəstəlikləri ən çox yayılmış xəstəliklərin sırasındadır.
Öd kisəsinin sağlamlığını qorumaq üçün həkimlər düzgün qidalanmaq, daha hərəkətli olmaq, idman və bədən tərbiyəsi ilə məşğul olmaq tövsiyə edirlər.
Düzgün qidalanma öd kisəsinin həddən artıq yükləməsinin qarşısını alır. Yağlı ətin, yağlı bulyonların, yağlı qızardılmış qidaların, sosis-kolbasa, mayonez, marinada qoyulmuş qidaların daim qəbulu öd kisəsini çox yükləyir ki, nəticədə bu orqanda pozulmalar yaranmağa başlayır.
Qida qəbulları arasında uzun fasilələr (məsələn, insan yalnız səhər və axşam qida qəbul edəndə) öd kisəsində durğunluğa səbəb olur ki, bunun nəticəsində öd qatılaşır və daşlar əmələ gələ bilər.
Azhərəkətli həyat tərzi orqanizmdə və, o cümlədən, öd kisəsində durğunluğa səbəb olur. Durğunluq isə öd kisəsində daşların əmələ gəlməsinə təkan verir. İnsan hərəkətli olanda, bədən tərbiyəsi və idmanla məşğul olanda, orqanizmdə gedən bütün proseslər sürətlənir ki, orqanlar da daha yaxşı işləyir.
Bəzi qidalar öd kisəsinin sağlamlığını qoruyur və onları daha tez-tez qəbul etmək lazımdır.
Öd kisəsi üçün xüsusilə xeyirli olan qidalar arasında:
- Kök, çuğundur, gül kələmi, balqabaq, yunan qabağı, xiyar, bolqar bibəri, kahı, keşniş, şüyüd, nanə. Tərəvəzləri salat şəklində qəbul etmək yaxşıdır. Salata bir qədər zeytun yağı əlavə etmək olar. Zeytun yağı da öd kisəsinin sağlamlığı üçün çox xeyirlidir.
Həmçinin buxarda bişirilmiş tərəvəzlər, tərəvəz şorbaları da çox faydalıdır.
- Kök və çuğundur şirələri öd kisəsinin fəaliyyətini yaxşılaşdırır, öd kisəsini təmizləyir.
- Şirin tam yetişmiş alma, armud, üzüm, naringi, portağal, moruq, çiyələk, yemiş, qarpız öd kisəsi üçün çox xeyirlidir.
- Yulaf yarması ("herkules"), düyü (aş düyüsü yox, yumru düyü) öd kisəsi üçün çox xeyirlidir.
- Meyvə quruları (xurma, ərik qurusu, kişmiş, qara qavalı qurusu) kaliumla zəngindir ki, bu mineral öd kisəsinin tonusunu yaxşılaşdırır.
- İtburnu dəmləməsi öd kisəsinə çox müsbət təsir edir.
- Sarıkök çox yaxşı təbii ödqovucu vasitədir. Yağlı qidalara əlavə olunmuş sarıkök piylərin parçalanmasını asanlaşdırır. Əczaçılıq sənayesində sarıkök bəzi təbii ödqovucu dərmanların tərkibinə daxil edilir. Ev şəraitində 1/3 çay qaşığı sarıkök tozu 1 stəkan qaynar suda dəmlənilir və hər qida qəbulundan 20 dəqiqə əvvəl bir neçə qurtum içilir. Nəzərinizə çatdıraq ki, öd kisəsində artıq daşlar varsa, bu vasitədən istifadə etmək olmaz. Bu daşların tərpənməsinə və nəticədə müxtəlif pozulmalara səbəb olacaq.

Saglamolun.Az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930