Asiya ölkələri bir-birləri ilə daha çox əməkdaşlıq etməlidirlər
Müəllif: Admin
Tarix: 14-05-2018, 21:43
Bölmə: Xəbərlər
Asiya ölkələri bir-birləri ilə daha çox əməkdaşlıq etməlidirlər
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ötən gün günortadan sonra Şrilanka respublikasının prezidenti cənab Sirisna ilə görüşüb.

Maide.Az "leader.ir"ə istinadən xəbər verir ki, görüş zamanı iki dövlətin, habelə yarımadanın digər dövlətlərinin mədəni və tarixi əlaqələrindən söz açan Ali Rəhbər İranla Şrilankanın ticari əlaqələrinin hazırki səviyyəsinin mövcud potensiallardan aşağı olduğunu dedi: “Asiya ölkələri bir-birləri ilə daha çox əməkdaşlıq edib iş görməlidirlər. Çünki bu əməkdaşlıqlar onların güclənməsinə səbəb olacaq”.

Ayətullah Xamenei bildirib ki, İranın elmi, texnoloji və tədqiqat nailiyyətləri iki ölkə arasındakı əməkdaşlıqların inkişafına əlverişli şərait yaradır: “İran İslam Respublikası sizin ölkə ilə olan dostluq və əməkdaşlığı gücləndirməyə hazırdır. Qeyd olunan istiqamətdə bu gün imzalanmış anlaşma memorandumu ciddi şəkildə izlənməli və həyata keçirilməlidir”.

Ölkə başçısı cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə öz dövləti və xalqının səmimi salamlarını Ali Rəhbə çatdıran cənab Sirisna dedi: “Bu günkü müzakirələrdə qərara aldıq ki, iki ölkə arasındakı əlaqə və fəaliyyətləri bir neçə dəfə artıraq və əldə edilmiş razılaşmaları həyata keçirək”.

İranın texnologiya, elm və akademik təhsil sahəsinin ən qabaqcıl ölkələrindən biri olduğunu deyən Şrilanka prezidenti iki ölkə arasındakı əlaqələrinin artması nəticəsində Şrilankanın İranın elmi nailiyyətlərindən faydalanacağına ümidvar olduğunu bildirdi.
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031