Ayətullah Seyid Əhməd Xatəmi: “Tel-Əvivi yerlə yeksan edərik”
Müəllif: Admin
Tarix: 11-05-2018, 20:05
Bölmə: Xəbərlər
Ayətullah Seyid Əhməd Xatəmi: “Tel-Əvivi yerlə yeksan edərik”
Tehranın imam-cümələrindən olan Ayətullah Seyid Əhməd Xatəmi cümə xütbəsində ABŞ-ın nüvə müqaviləsindən çıxmasına və Trampın bu məsələdə ortaya atdığı iddilara toxunub.

Deyerler.org İRNA-ya istinadən xəbə verir ki, Ayətullah Seyid Əhməd Xatəmi bu gün etdiyi cümə xütbəsində mövzuya belə toxunub:

“Bu məsələdən bir neçə dərs çıxarmalıyıq. Məsələn, düşmənlərə etibar etməməli olduğunu öyrənməliyik, çünki dini olmayan insanlar malik olduqları dəyərlərə sadiq qalmayaraq, öhdəliklərini də yerinə yetirmirlər”.

ABŞ-a yox deyib ardınca da, Avropa İttifaqına bəli siqnalı verməyin dərs almaq məsələsinə zidd olduğunu vurğulayan Ayətullah Xatəmi, sözlərini belə davam etdirib:

“Avropa İttifaqı da sözlərini tutmaq məsələsində ABŞ ilə eynidir. İnvestisiya qoymaları lazım idi, ancaq hələ heç bir şey etməyiblər. Raket proqramımızı bəhanə edərək, təyyarə sektorundakı müqavilələri ləğv etdilər və nəhayət ali dini rəhbər onlarla bu məsələləri danışmaq üçün bir neçə həftə möhlət verərək, müsbət bir nəticə əldə edilməyəcəyi təqdirdə, xalqın da bu müqaviləyə davam etməyəcəyini bildirdi”.

Ayətullah Xatəmi çıxışının davamında, düşmənlərin İranın İslam inqilabından əvvəl olduğu kimi, indi də gücsüz bir mövqedə çıxış etməsini istədiklərini bildirib:

“Trampın çıxışından da aydın olduğu kimi onlar nüvə müqaviləsindən daha çox ölkəmizin güclü olmasından qorxurlar. Ona görə, biz müdafiə gücümüzü daha da inkişaf etdirməliyik.

Raket gücümüzü hər gün inkişaf etdirməklə İsrail rejimin yuxusunu qaçırıb, axmaqlıq edəcəyi təqdirdə Tel-Əviv ilə Hayfanı darmadağın edəcəyimizi bilmələrini təmin etməliyik. Bu danışıqların yeganə müsbət tərəfi isə ali dini rəhbərin dediyi kimi, ABŞ ilə dialoqlara müsbət baxan adamların da düşməni yaxşı tanıması oldu”.

Suriya ordusunun İsrail rejiminin hücumlarına layiqli cavab verdiyini açıqlayan Ayətullah Əhməd Xatəmi, belə deyib: “Kəskin cavab verərək, sionist yaşayış sahələrini kabus şəhərlərinə çevirən müqavimət oxu Suriya ordusuna bu tribunadan əlləriniz ağrımasın demək istəyirəm”.

Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031