Ayətullah Xatəmi: “Ayaqlarınızı qırarıq”
Mьəllif: admin1
Tarix: 6-01-2018, 21:42
Bцlmə: Xəbərlər
Ayətullah Xatəmi: “Ayaqlarınızı qırarıq”
İranın Tehran şəhərinin imam cümləsi Ayətullah Əhməd Xatəmi dünənki çıxışında İranda baş verən iğtişaşların pərdəarxası məqamlarından danışıb.

O bildirib ki, ABŞ həmişə İran xalqının qarşısında məğlub olub.

Ayətullah Xatəmi, “Deyirdilər Mosulu İŞİD-dən 3 ilə təmizləmək olar. Amma İranın köməyi ilə Mosul şəhəri terrorçulardan 8 ay ərzində təmizləndi. Çoxlu pul xərclədilər ki, İsraili bölgədə böyük gücə çevirəsinlər. Amma İran Suriyada ön xətdə oldu. Axırıncı iğtişaşlarda pulu Səudiyyə Ərəbistanı verdi, planı ABŞ hazırladı. Plan bu idi ki, ABŞ-ın Ərbildəki bazasından İrana yavaş-yavaş silah ötürələr və fevral ayında iş tamam olsun. Buradan onlara səslənirəm; İran sizin yeriniz deyil, əgər gəlsəniz sizin ayaqlarınızı qırarıq” , – deyə söyləyib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930