"Hicabın mahiyyəti – naməhrəm üçün cazibədarlığın olmamasıdır"
Mьəllif: admin1
Tarix: 6-08-2015, 17:11
"Hicabın mahiyyəti – naməhrəm üçün cazibədarlığın olmamasıdır"

"Hicabın ruh və mahiyyəti budur ki, bizim müsəlman qadınlarımız cəmiyyətdə elə şəkildə fəaliyyət göstərsinlər ki, naməhrəmlər üçün heç bir cəlbedicilikləri olmasın. Bu məqsədi təmin edən hər bir geyim hicabdır" - Ayətullah Seyid Əhməd Xatəmi.

Nardaranpiri.com-un Şəbistan Xəbər Agentliyinə istinadən məlumatına əsasən, Ayətullah Seyid Əhməd Xatəmi hicab və İslamda ailə haqqında danışarkən qeyd edib: "Hicabın ruh və mahiyyəti budur ki, bizim müsəlman qadınlarımız cəmiyyətdə elə şəkildə fəaliyyət göstərsinlər ki, naməhrəmlər üçün heç bir cəlbedicilikləri olmasın. Bu məqsədi təmin edən hər bir geyim hicabdır. Din və sünnətin ən iftixarlı hicabına gəldikdə isə o çadradır. Özü da qara çadra."

O daha sonra əlavə edib: "Hicab bizim məktəbimizdə dini zərurətləridən sayılır. 10- dan artıq Quranın ayəsi və varlıq aləminin nümunə qadını Fatimeye - Zəhranın (ə) yaşam tərzi buna bir əsasdir."

Ruhani daha sonra qeyd edib: "Dindar qadınlarımız özlərini,ailə və cəmiyyəti hicaba dəvət etsinlər, onları həvəsləndirsinlər. Qadınlarla yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək sahəsində yumuşaq dillə, məntiq və arqumentlərlə danışsınlar və qadınları hicab gülüstanına çəksinlər."

"Qadınların işləmələrini, əgər o şəriətə riayət edirsə, hicab və iffətini qoruyrsa, dəyərlərə qarşı çıxmaq hesab etmirik, ancaq bilməliyik ki, evdarlığın əhəmiyyəti heç də az deyildir" – deyə bildirən Ayətullah Seyid Əhməd Xatəmi İslam tarixinin ilk şəhidinin qadın olduğunu və qadınların bununla iftixar edəcəklərini diqqətə çatdırdı.

nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930