İmam cümə Ruhaninin son açıqlaması, hicab qadağası və vəliyyi fəqihdən danışdı
Mьəllif: admin1
Tarix: 30-05-2014, 17:45
Bцlmə: Xəbərlər
İmam cümə Ruhaninin son açıqlaması, hicab qadağası və vəliyyi fəqihdən danışdı

Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi olub
İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi olub.

O, söhbətinin əvvəlində mədəni məsələlərə toxunaraq bildirib:

“Uca məqamlı rəhbər (Ayətullah Xamenei) sözlərində bu ili “milli əzm və cihad idarəçiliyi ilə iqtisad və mədəniyyət” adlandıraraq mədəniyyətin iqtisaddan daha mühüm olduğunu bildirib. Çünki mədəniyyət iqtisadiyyata və siyasətə xətt verir. Lakin sual burdadır ki, mədəniyyətdən məqsəd nədir? Yenə Ayətullah Xameneinin sözlərinə əsasən deyə bilərəm ki, milli məclis anti-mədəniyyətin günahkarıdır. Bu musiqi konsertləri ilə də ola bilər, başqa şeylərlə də. Bizim yarım hicab və Qərb stilli cavanları toplamağımız və onlara beytul-maldan xərcləməyimiz onların Allahdan qafil olmasına gətirib çıxardırsa, bu mədəniyyətin əleyhinə olan addımdır. Deməyin ki, tənqid etməyin! Bizim geyindiyimiz libas əmr be məruf və nəhy əz münkər libasıdır. Əgər günahsız məclis təşkil edə bilmirsinizsə, təşkil etməyin! Beytul-maldan insanların qəflətdə qalması üçün nə zərurət var?”


Ayətullah Xatəmi sözlərinin davamında imam cümələrin mədəniyyətlə bağlı həssas olmalarını deyərək bildirib:
“Bizim mövqeyimiz ağamız Xameneinin mövqeyidir. Onun mövqeyi dövlətin güclənməsidir. Bütün məsullar buna xidmət etməli və dəstəkləməlidir. Lakin əmr be məruf və nəhy əz münkər də tərk olunmamalıdır. Məsullar daima tənqidə açıq olduqlarını bildiriblər və bilməlidirlər ki, tənqid müxalifət mənasında deyil. Bizim həssaslığımız yalnız mədəni məsələlərdə deyil, həm də iqtisadi məsələlərdədir. Biz neçə müddət öncə məlum olan iqtisadi fəsadla bağlı narazıçılığımızı bildirmişdik və buna sərt reaksiya bildirildiyi üçün təşəkkür edirik. Bu yaxınlarda məsullardan biri (Həsən Ruhani) “insanları şallağın gücü ilə Cənnətə aparmaq olmaz” - dedi. Bu cümlənin 3 mənası var ki, biz onlardan birini qəbul edirik. Bizim məktəbimiz istidlal və məntiq məktəbidir, şallaq deyil. Peyğəmbər (s) əxlaqı da bu cür olubdur. Peyğəmbər (s) bölgələrə mübəlliğ göndərirdi. Əgər məsulun dediyi cümləni bu mənada hesab etsək, bəli, biz bunu qəbul edirik. Yox, əgər məsulun dediyi cümlə bu mənada olsa ki, insanları əxlaqi, siyasi, iqtisadi baxımından ilahi sərhədləri pozsunlar deyə istədiklərini etmələri üçün azad buraxaq və bizdə bunun müqabilində susaq, açıq-aşkar deyirəm ki, bu mənanı İslam respublikasında heç kim dəstəkləməz və heç kim də deyə bilməz. Digər mənası isə bundan ibarətdir ki, Cənnətin yolunu düzəltmək bizim borcumuz deyil. Biz bu mənanı da qəbul etmirik. Çünki iqtisadi məsələlərdə möhtərəm məsullar malların giriş-çıxışına diqqət etdikləri kimi, bu da elə o cür olmalıdır.”


Xətib sözlərinin davamında hicab məsələsinə də toxunaraq bildirib:
“Bütün təqlid mərcələri hicab barədə müttəfiqdirlər və yalnız üz və əllərin açıq olmasına icazə verirlər. Hicab namaz, oruc kimi vaciblərdəndir. Qərb müsəlmanlarla aranı korlamaq istədikləri zaman “hicab qadağandır” deyirlər. Qadınlarmız diqqət etsinlər ki, hicab məsələsi cüzi məsələ deyil. Bu İslam və şiəliyin abrı hesab olunur. Hicabın əsli Qurana, hədisə və Həzrət Zəhraya (s.ə) qayıdır. Biz dəfələrlə demişik ki, hicabsızlıq mövzusunda həm mədəni layihələr düşünülməli, həm də icra olunmalıdır. Allah əlimizin mədəni işlərdə bağlı, icra olunası işlərdə açıq olmasını bəyənməz. Dövlətdə qanunun icrasını öhdəsinə götürən şəxs məlum olmalıdır ki, onun köməkliyi ilə bu problemi həll edək.”


Ayətullah Seyid Əhməd Xatəmi sözlərinin davamında imam Xomeyninin (r) il dönümünün yaxınlaşması barədə də söz açaraq bildirib:
“Həmd olsun ki, xalqımız buna hazırlaşır və bunun 2 mənası var: Bizim imamın məktəbi və saleh canişini ilə beyətimiz.
Bu məktəbin özəlliklərindən biri xalqa hörmətdir. İmam da, Ayətullah Xamenei də xalqın səsinə önəm verib. Digər özəlliyi isə hegemon dövlətlərə nifrət və onlarla mübarizə etməsidir. İmamın məktəbi vilayəti fəqih məktəbidir və şükr olsun ki, xalqımız da bunu dəstəklədi. İmam vilayəti fəqihi qorumağı tapşırdı və hazırki vəliyyi fəqih Ayətullah Seyid Əli Xameneidir.”
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031