İmam Cümə sosial şəbəkələr, peyk antenaları və nüvə müzakirələrindən danışdı
Mьəllif: admin1
Tarix: 16-05-2014, 18:03
Bцlmə: Xəbərlər
İmam Cümə sosial şəbəkələr, peyk antenaları və nüvə müzakirələrindən danışdı

Tehranın bu həftəki cümə xətibi höccətül-islam vəl müslimin Kazim Siddiqi olub
İslamazeri.az-ın “Fars” xəbər agentliyinə istinadən verdiyi xəbərə əsasən, Tehranın bu həftəki cümə xətibi höccətül-islam vəl müslimin Kazim Siddiqi İmam Əlinin(ə) mövludu, Xanım Zeynəbin şəhadət günlərinə işarə edib, onlardan söz açıb.

Daha sonra o, nüvə müzakirələri ilə bağlı fikrini bəyan edib: “Artıq müzakirələrin başlanmasından 6 ay ötüb. Rəhbərimizin buyurduğu kimi, biz müzakirələrlə müxalif deyilik, əksinə diplomatik fəaliyyətlər ölkənin çox zəruri məsələlərindəndir. Lakin məsul şəxslər güclü taktika və zirəkliklə fəaliyyət göstərməlidirlər. Beynəlxalq əlaqələr dünyada yaşamaq üçün lazımi məsələlərdəndir. Müzakirələr hazırda həssas mövqeyə yetişib. Nüvə məsələsi milli bir məsələdir, xalqın hüquqlarından hesab edilir və xalqın da şuarı “nüvə enerjisi bizim haqqımızdır”- şüarıdır. İslam dini heç bir halda cəmiyyətin kafirlərin müstəmləkəsinə çevrilməyə icazə vermir və bunun yeganə yolu elm və texnologiyada inkişaf etməkdən başqa çarənin olmamasıdır. Bu dalğa bizim şəhidlərimiz sayəsində əldə olunub və nüvə məsələsi bizdən qurbanlar alıb. Bundan dəyərli qurban ola bilərmi?”

Kazim Siddiqi nüvə məsələlərində qırmızı xəttin nəzərə alınmasının vacibliyini qeyd edərək bildirib: “Nüvənin zənginləşdirilməsi müzakirə mövzusu ola bilməz və düşmən buna mane olmamalıdır. NPT-yə əsasən nüvə enerjisi bütün ölkələrə aiddir və hər bir cəmiyyət buna sahib ola bilər. Biz bu məsələdə onların sözünü qəbul etsək zəifliyimizi və zilləti qəbul etmiş olacağıq. Digər məsələ nüvənin zənginləşdirilməsinin qədərini onlar müəyyənləşdirməməlidirlər. Biz özümüz bunu təyin edə bilirik.”

Höccətül-islam Siddiqi sözlərinin davamında qarşı tərəfin əhdlərinə vəfa etmədiyindən söz açıb və “Onlar bir çox sözlər verdilər və əməl etməkdən boyun qaçırdılar. Bu bizə düşmənə güvənməməkdə haqq qazandırır. İmam Xomeyni ABŞ-ın hegemonluğunu sındırdı və “Amerika heç bir qələt edə bilməz”-deyə buyurdu. Bu barədə diqqətə çatdırılması məqam, müzakirələrdə bütün sanksiyaların aradan qaldırılmasıdır.”-deyə bildirib.

Xətib İranın silah və ordu baxımından inkişafına toxunaraq bildirib: “ Sepah bu barədə müxtəlif naliyyətlər əldə edib. Ali Dini Liderimiz Ayətullah Seyid Əli Xamenei də bu naliyyətlərə sevinərək, “Biz bununla kifayətlənməyəcəyik və əsas budur ki, biz bacara bilərik”-deyə bildirib.”

O, sözlərinin davamında müxtəlif idarələrə səslənərək deyib: “Bizim ölkəmiz Əhli beytin (ə) ölkəsidir. Nazirliklər hər bir işdə təqvaya riayət etməlidirlər. Tehranın bəzi bölgələrində hicabsızlıq, həmçinin kamil hicaba əməl etməmək adiləşib. Peyk antenalar vasitəsi ilə müxtəlif fəsadlar evlərə daxil olub. Ali rəhbərimiz sosial şəbəkələr və peyk antenalarına qarşı çox həssasdırlar və bunu nəzarətdə saxlamaq üçün xüsusi şəxslər təyin ediblər. Hamı qanuna əməl etməldir. Xüsusən də biz müsəlmanlar cavanların dadına çatmalı və günahın adiləşməsinə icazə verməməliyik.”
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031