AYƏTULLAH SEYİD HÜSEYNİ QƏZVİNİ GÜRCÜSTANIN DİNİ QURUMU İLƏ GÖRÜŞÜB (Foto)
Mьəllif: admin1
Tarix: 14-04-2018, 10:26
Bцlmə: Xəbərlər
AYƏTULLAH SEYİD HÜSEYNİ QƏZVİNİ GÜRCÜSTANIN DİNİ QURUMU İLƏ GÖRÜŞÜB (Foto)
Ahlibeyt.ge xəbər verir ki, Gürcüstan Müsəlmanları İdarəsinin dəvəti ilə ölkəmizdə qonaq olan Ayətullah Hüseyni Qəzvini və nümayəndə heyəti ötən gün nazirlər kabinetində Dini Məsələlər üzrə Dövlət Agentliyinin (DMDA) sədri və əməkdaşları ilə görüşdü.

Dini İdarənin təşəbbüsü ilə baş tutan görüşdə DMDAnın sədri Zaza Vaşakmadze dini şəxsiyyətlərə ölkə müsəlmanlarının say, tərkib və vəziyyəti haqda, dövlətin müsəlmanlara diqqət və qayğısı və hətta maddi dəstəyi haqda söz açaraq Gürcüstanın tolerantlıq sahəsində dünyaya örnək bir dövlət olduğunu söylədi.

Ölkədə dinlər və məzhəblər arasında xoş münasibətlərin olduğunu dilə gətirərək bu unikal vəziyyəti qorumaq, dini sabitliyə xələl gətirəcək amilləri aradan aparmaq yönündə çalışmanın vacib olduğunu bildirdi.

İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Qevam Şəhidi səmimi görüşdən və xoş qarşılanmadan məmnun qaldıqlarını ifadə edərək Gürcüstan dövlətinə minntədarlıqlarını bildirdi.

O iki ölkə arasında müxtəlif sahələrdə olan sıx münasibətlərdən danışdı. “Vəli-əsr” tədqiqat və təhqiqat müəssisəsinin rəhbəri, böyük araşdırmacı olan Ayətullah Qəzvini İslamın sülh və barış dini olduğundan söz açaraq İslam dünyasının təkfirçi əqidəli insanlardan əziyyət çəkdiyini qeyd etdi.

Əslində din adından istifadə edən radikal qrupların bütün dünyanı təhdid edən təhlükə ünsürü olduğundan onlarla mübarizə aparmanın önəmindən danışdı.

Sağlam ənənəvi İslam dinin şübhəsiz inkişaf etməsinin ölkədə sülh, sayqı və əmin-amanlıq gətirəcəyindən əmin olmalarını dilə gətirdi. Dini təlim sahəsində Gürcüstan Müsəlmanları İdarəsi ilə bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını bildirdilər.


AYƏTULLAH SEYİD HÜSEYNİ QƏZVİNİ GÜRCÜSTANIN DİNİ QURUMU İLƏ GÖRÜŞÜB (Foto)
AYƏTULLAH SEYİD HÜSEYNİ QƏZVİNİ GÜRCÜSTANIN DİNİ QURUMU İLƏ GÖRÜŞÜB (Foto)
AYƏTULLAH SEYİD HÜSEYNİ QƏZVİNİ GÜRCÜSTANIN DİNİ QURUMU İLƏ GÖRÜŞÜB (Foto)
AYƏTULLAH SEYİD HÜSEYNİ QƏZVİNİ GÜRCÜSTANIN DİNİ QURUMU İLƏ GÖRÜŞÜB (Foto)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930