Gürcüstanın baş Naziri Müsəlmanlarla iftar axşamı görüşüb
Mьəllif: admin1
Tarix: 17-07-2015, 16:57
Gürcüstanın baş Naziri Müsəlmanlarla  iftar axşamı görüşüb

Ötən axşam iftar süfrəsində baş tutan görüşdə İrakli Qaribaşvili müsəlmanları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.
Hökümət başçısı çıxışı zamanı qeyd edib: “Gürcüstanda yaşayan müsəlmanlar ölkəmizin ayrılmaz tərkib hissəsidirlər.

Tarix boyu xristianlar və müsəlmanlar birgə sülh şəraitində öz tolerantlığı ilə seçilən ölkəmizdə yaşamışlar. Bizim bir vətənimiz var. Ona görə də biz bir-birimizdən ayrı mövcud ola bilmərik, çünki həyatımız bir-birinə bağlıdır. Qloballaşma dövründə Gürcüstanda yaşayan müsəlman vətəndaşlar eyni zamanda İslam dünyası ilə əlaqə yaradan vasitədirlər… Bizim fərqli dinimiz olsa da çoxdinli və millətlilik baxımından zəngin dövlətimiz var. İnsanlar ölkədə din və vicdan azadlığına söykənərək bərabər qarşılıqlı sayqı və hörmətlə və biri-birinin dini inancına dözümlülük göstərərək birgə yaşayırlar”.


İftar axşamında Dini məsələlər üzrə dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Ramin İgidov, qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, şərqi Gürcüstanın müftisi Yasin Əliyev çıxış edərək Ramazan bayramı münasibətilə müsəlmanlara göstərilən diqqət və sayqıya görə baş nazirə minnətdarlıqlarını bildirdilər. Ölkənin rifahı, ərazi bütövlüyü, xoş gələcəyi üçün dua edib, dünyaya sülh, əminamanlıq arzuladılar. Qarşıdan gələn Ramazan bayramı münasibəti ilə ölkə və dünya müsəlmanlarını təbrik edərk, tutulan orucların edilən dua və ibadətlərin qəbul olmasını dilədilər.
Tədbirdə müsəlman ölkələrinin səfirlikərindən gələn nümayəndələr, din və ictimaiyyət xadimləri iştirak etdi. Sonda baş nazir qonaqlarla xatirə şəkili çəkdirdi.
Gürcüstanın baş Naziri Müsəlmanlarla  iftar axşamı görüşüb


ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031