Ayətullah Xamenei Ruhanini tənqid etdi və seçki saxtakarlığından danışdı
Mьəllif: admin1
Tarix: 1-05-2017, 13:56
Bцlmə: Xəbərlər

Ayətullah Xamenei Ruhanini tənqid etdi və seçki saxtakarlığından danışdı

 İslamazeri.com "Kahamenei.ir”-ə istinadən xəbər verir ki, ölkədə keçiriləcək  prezident seçkilərilə bağlı fikirlərini bölüşən Ayətullah Xamenei deyib: "Əziz xalqımız bilsin ki, onların seçkilərdə iştirak etməsi milli təhlükəsizlik mövzusu ilə birbaşa əlaqəlidir. Xalqın meydanlarda olmasından qorxmaları, düşmənin İran əleyhinə hər hansı addımının qarşısını alan səbəblərdəndir. Çünki düşmən, xalqın meydanlarda olmasından sözün həqiqi mənasında çəkinir. Millət və dövlət arasında fasilə yaranar və xalq meydana çıxmazsa, düşmən istədiyi işi görər, necə ki, dünyanın digər yerlərində bunu edirlər."

İslam İnqilabı rəhbəri Ruhani və hökümətini də tənqid edib.

O "Bəziləri deyir ki, biz iş başına gəldikdən sonra müharibənin kölgəsi ölkədən uzaqlaşdı. Bu sözlər düzgün deyil. Həqiqət budur ki, buna səbəb xalqın mütəmadi olaraq meydanda olmasıdır. Bunun da ən bariz cilvəsi məhz seçkilərdə iştirak etməkdir.", deyə əlavə edib.

Ayətullah Xamenei daha sonra "Mən kiməsə səs verib, verməyəcəyiniz barədə heç nə demirəm. Mənim təkid etdiyim məsələ seçkilərdə iştirak etməyinizdir. Təyin etdiyiniz şəxsə səs verməkdə azadsınız. Ölkəsini, dövlətini və təhlükəsizliyini sevənlər seçkilərdə iştirak etməlidir. Sizin bu işiniz düşmənin şərrini ölkədən uzaqlaşdırır.”, -deyə qeyd edib.

Sonda seçki məsullarına səslənən İnqilab Rəhbəri bildirib: "Xalqın səsi əmanətdir, bu əmanətə ciddi şəkildə sahib çıxın və heç kimə oğurluq etməyə icazə verməyin. Xalqın səsi insan haqlarındandır.”

Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30