İmam-cümə: Biz əməli surətdə vilayətçi olan birini istəyirik, çünki...
Mьəllif: admin1
Tarix: 29-04-2017, 21:14
Bцlmə: Xəbərlər

İmam-cümə: Biz əməli surətdə vilayətçi olan birini istəyirik, çünki...

 İslamazeri.com "Farsnews”-a istinadən xəbər verir ki, Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi olub.

Ölkədə təxminən 20 gündən sonra keçiriləcək olan prezident seçkilərinə toxunan imam-cümə deyib: "Müqəddəs islam dövlətinə lazım olan məsələ xalqın geniş surətdə seçkilərdə iştirak etməsidir. Biz əminik ki, bu məsələ reallaşacaq. Düşmən hər dəfədən daha çox bu il seçkilər məsələsi əleyhinə təbliğat aparır. Onlar kimə səs verməyin lazım olduğunu xalqımıza təlqin edir. Allahın lütfü ilə xalqımız kütləvi olaraq meydana atılmaqla, onların cavabını verəcək.

Nəzarət Şurası səlahiyyətli şəxslərin minimumunu müəyyənləşdirir. Ən səlahiyyətlini seçmək isə sizin işinizdir. Mən istəyirəm ən səlahiyyətli şəxsin meyarlarını bəyan edim. Prezidentin xalqın məişətiylə bağlı həm gücü, həm də proqramı olmalıdır. Bəzilərinin mümkündür ki, proqramları olsun, lakin icra üçün bacarıqları olmasın. Yorulmayan və daim ruhiyyəli bir şəxsi seçməliyik.

Əmin olun ki, düşmənlər hərtərəfli olaraq mədəni mübarizəyə atılıblar. Sosial şəbəkələr bu müharibənin bir yönüdür hansı ki, din, əxlaq və şəxsiyyətimizi hədəfə alırlar. Seçiləcək şəxs bu müharibənin olduğuna inanmalı və hazırlıqlı olaraq meydana atılmalıdır. İllərdir ki, Rəhbərimiz bu müharibə barədə xəbərdarlıq edir. Bəziləri bunu qəbul etmir və mədəniyyət mübadiləsi hesab edir.

Düşmənin son illər boyu müdafiə sistemindən hücuma keçdikləri hiss olunur. Onların təhqirləri bunun göstəricisidir. Biz İmam Xomeyninin (r) məntiqinə sahib olan və "Amerika böyük şeytandır” deyən birini seçməliyik. Biz elə bir prezident istəyirik ki, ABŞ-ın təhqirlərinə sərt şəkildə cavab versin. Seçiləcək prezident qanunla iş görməlidir, öz banda və partiyasına uyğun yox! O fəsad və fəsad əhli ilə ciddi mübarizə aparmalıdır. O sadə yaşamalı, təvazökar olmalı və aristokrat həyat tərzindən uzaq olmalıdır. O özünü xalqdan bilməli və problemlərin həlli üçün gözü xaricdə deyil, daxildə olmalıdır.

Bu millət problemləri daxildən həll etməyə qadirdir. Xarici imkanlardan da istifadə etmək olar, lakin söykənəcəyimiz yer daxil olmalıdır. Yeni prezident tənqid edənlərin ağzını bağlamamalı, əksinə həvəsləndirməlidir. Layiqli həmkarlar seçməli, lazımlı təqva və təcrübəyə sahib olmalıdır.

Biz əməli surətdə vilayətçi olan birini istəyirik, çünki şüar və söz bazarı bugünlər çox istidir. Əməli olaraq sübut etməlidir ki, qanun və şəriətə uyğun olaraq vilayətlə birdir. Namizədlər bir-birini təhqir etməməli və alçatmamalıdır. Təqdim olunan statistikalar düzgün olmalıdır. Namizədlər seçki arenasını ixtilaf meydanına çevirməməlidir.”


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930