Ayətullah Xamenei: Fəhlələr ölkə iqtisadiyyatı və istehsalının onurğa sütunudur - FOTO
Mьəllif: admin1
Tarix: 30-04-2017, 22:29
Bцlmə: Xəbərlər

Ayətullah Xamenei: Fəhlələr ölkə iqtisadiyyatı və istehsalının onurğa sütunudur - FOTO

 Ali Rəhbər  Ayətullah  Seyid Əli Xamenei   bu gün  səhər minlərlə fəhlə və zəhmətkeşlə, istehsalat sektorunda fəal olan sahibkarlar və əməkdar fəhlələrlə görüşüb. 

 
Maide.Az xəbər verir ki, zəhmətkeşlər günü  münasibətilə baş tutan görüşdə Ayətullah Xamenei  İmam Hüseynin (ə) mövludu münasibətilə görüş iştirakçılarını və Əhli-beyt (ə) aşiqlərini təbrik edib və  bildirib ki,  İmam Hüseyni (ə) tanımaq, o həzrətə sevgi və ehtiram bəsləmək  İran xalqının qürurudur. 
 
Ayətullah Xamenei bildirib ki, zəhmətkeşlər  və fəhlələr  ölkə iqtisadiyyatı və istehsalının onurğa sütunudur.  "Müstəqil və inkişaf etmiş iqtisadiyyata sahib olmaq və iqtisadiyyatın çiçəklənməsi üçün zəhmətkeşlər və fəhlələr sinfinə çoxlu önəm verilməlidir. Əgər istəyiriksə fəhlələr  güzəştlər və layiqli hüquqlara sahib olsun  milli istehsala arxalanmalı və milli istehsalın zərurətini vurğulamalıyıq.”
 
Ayətullah Xamenei   fəhlələrin iş təhlükəsizliyinin və dolanışığının təminatını zərurətindən danışıb və bildirib ki,  cəmiyyətdə fəhlələrin rahatlığı  ölkənin iqtisadiyyatının yaxşılaşmasına səbəb olar.  "Ölkədəki iqtisadi problemin həll yolu var.  Açıla bilinməyən bir düyün deyil.  Bu düyünü açmaq üçün görüləcək önəmli işlərdən biri  fəhlələrin hüquqlarının təmin olunmasıdır. Fəhlələrin gördüyü işin qiyməti verilməlidir. Onlar özlərini başı uca hiss etməlidir. Belə olduqda  yorğunluq, hövsələsizlik və işə etinasızlıq olmayacaq”. 
 
Ayətullah Xamenei  iş mədəniyyəti və işin önəminin cəmiyyətdə geniş təbliğinin zəruriliyini vurğulayıb.  "Cəmiyyətdə işə maraq  geniş yayılmalıdır.  İş o qədər dəyərli hesab olunmalıdır ki,  fəhlə fəxrlə deməlidir mən fəhləyəm.  Bunu deyəndə xəcalət hissi onda olmamalıdır. Ölkə məsul şəxslərinin iki önəmli vəzifəsi var. Biri fəhlələrin və zəhmətkeşlərin dolanışığını yaxşılaşdırmaq, digər isə onların iş təhlükəsizliyini təmin etməkdir. Fəhlələr birliyinin problemlərinin həllində hökumət, sahibkar,  fəhlə və  təşəbbüskarların hər biri məsuliyyət daşıyır. Hər kəs öz öhdəliyini yerinə yetirməlidir”.  
 
Ayətullah Xamenei işsizlik məsələsinin önəmindən danışıb. "Əgər işsizlik məsələsi əlverişli formada öz həllini taparsa narkotik maddələr kimi ictimai problemlər və gənclər üçün işsizlikdən irəli gələn digər problemlər hiss olunacaq dərəcədə azalacaq”. 
 
Ayətullah Xamenei çıxışının davamında qarşıdan gələn prezident seçkilərindən danışıb.  "Xalqın müxtəlif kütələrinin və zəhmetkeşlərin həmişə səhnədə  olması düşmənlərin şərrini İran xalqının  başından əskik edib. Qarşıdakı seçkilərdə də  ölkəni, sistemi və təhlükəsizliyi sevən hər bir kəs seçkilərdə səsvermədə aktiv iştirak etsin. Ona görə ki, onların aktivliyi  təyin edici amildir. Düşmənin şərrini ölkənin başından əskik edəcək”. 
 
Prezident seçkilərindən sonrakı hökumətin proritetinin işsizlik probleminin həlli olmasının zəruriyini vurğulayan Ayətullah Xamenei bildirib ki, seçiləcək hökumət rəmisləri ilk gündən bütün səylərini işsizliyini aradan qaldırılmasına yönəltməlidir. Çünki  bu çox önəmli məsələdir və  bir gün belə bu işdə gecikmək olmaz. 
 
 
 
 
 
 
 
 
 
 
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031