Quran ayəsi və Həzrət Peyğəmbərin (s) günahkarı bağışlaması
Mьəllif: Ahlibeyt
Tarix: 22-01-2022, 11:06
Quran ayəsi və Həzrət Peyğəmbərin (s) günahkarı bağışlaması
Həzrət Peyğəmbərin (s) Qurana çox böyük sevgisi var idi. Həzrətin (s) adəti belə idi ki, əgər kimsə Qurandan bir ayə oxusaydı, Həzrət (s) də sonrakı ayəni oxuyardı.

Bir gün müsəlmanlardan biri İlahi qəzəbə səbəb olur və etdiyi günaha görə qətl olmaq hökmünü verirlər.

Bu şəxs Əmirəl-mömininə (ə) təvəssül edir və deyir: “Ey Əli! Nə edim ki, Allahın Rəsulu (s) məni bağışlasın?”.

Həzrət Əli (ə) buyurur: “Peyğəmbərin (s) yanına get və bu ayəni oxu: “Dedilər: «Allaha and olsun ki, Allah səni seçərək bizdən üstün etmişdir və biz doğrudan da səhv etmişik». (“Yusif” 91).

O, bu işi görür və bu ayəni oxuyur. Həzrət (s) də fasiləsiz olaraq ardınca sonrakı ayəni tilavət edir.

“Dedi: «Bu gün sizə qarşı heç bir məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mehribanların ən mehribanıdır». (“Yusif” 92).

Bu yolla Həzrət onu bağışlayır və cəzasından keçir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930