Xarizmanın azlığından əziyyət çəkənlər bu xəbəri oxusunlar
Mьəllif: admin1
Tarix: 29-08-2016, 22:48
Bцlmə: Xəbərlər
Xarizmanın azlığından əziyyət çəkənlər bu xəbəri oxusunlar
Müasir cəmiyyətdə “filankəs çox xarizmatik insandır” kimi sözlərə tez-tez rast gəlirik. Bəzilərimiz bu sözün mənasını anlasaq da, bir çoxlarımız xarizmanın nə olduğundan xəbərsizik. Bu sözü qısa olaraq izah etsək deyə bilərik ki, xarizma- insanın cəmiyyət içində liderliyini, hakimiyyətini sübut etməsidir. Xarizma şer oxumaq, rəsm çəkmək, mahnı oxumaq kimi bir qabiliyyətdir. Yəni insan sonradan xarizmatik olmur, o bu cür dünyaya gəlir. Məşhur Alman sosioloqu Veberə görə, xarizma şəxsiyyəti digərlərindən fərqləndirən, ətrafdakıları özünə tabe edən və hər insanda tapılmayan xüsusiyyətdir.

Bəs Xarizmanı necə artırmaq olar? Bu suala isə araşdırmaçı-yazar Bəhruz Camal öz Facebook səhifəsində cavab verməyə çalışıb.

İslaminSesi araşdırmaçı-yazarın əldə etdiyi nəticələri oxucularına təqdim edir.

1. Ünsiyyətcil olun, imkan olduqca tez-tez evdən çıxın və başqa insanlarla əlaqələri qaydaya salın.

2. Hər hansı bir qərara gəldikdə onun digər insanlara necə təsir edəcəyi barədə düşünün.

3. Özünüzü sevin. Əgər özünüzü sevmirsizsə, öz müstəsnalığınıza və ya qeyri-adi olduğunuza inanmırsınızsa, o zaman heç kəs ona inanmayacaq. Lakin yadda saxlayın ki, xudbinlik və eqoizm kimi təhlükəli həddi aşmaq olmaz.

4. Aktiv olmağa çalışın, sizə maraqlı olan şeylə məşğul olun. Müxtəlif maraq dairələriniz nə qədər çox olarsa, o qədər yaxşıdır. Nə iləsə maraqlanan və nəyəsə şövqü olan insan digərlərini gözəl və yaradıcı enerjisi ilə heyran edir, camaatı buna yoluxdurur; bir sözlə başqalarına da bu gözəlliyi aşılayır.

5. Pozitiv, gülərüz və həmişə şən qalın. Ətrafda yalnız problemlər olduqda uğurlu nəticəyə inanın. Hətta mənfi durumlarda belə, müsbət keyfiyyət axtarmağı öyrənin.

6. İnsanları dinləməyi, eşitməyi və anlamağı öyrənin.
Həqiqi xarizma daxildən nəticələnən bir şeydir. Özünüzə, qüvvənizə və bacarığınıza ürəkdən inanın, işıq saçın. İnanın, belə olsanız heç anlamayacaqsız ki, necə xarizmatik və yaraşıqlı insan olmusunuz.

Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30