Kamil insan çox cəhətdən Allaha bənzəyər
Mьəllif: admin1
Tarix: 5-01-2019, 10:43
Kamil insan çox cəhətdən Allaha bənzəyər

İnsan nəinki heyvanlardan yüksəkdədir, elminə və biliyinə görə başqa varlıqlarla müqayisə belə edilə bilməz.

İnsanlar eyni varlıqdırlar, ancaq bəzən bir-birindən elə fərqlənirlər ki, təəccübə səbəb olur. Bir insanda o qədər pis xüsusiyyətlərə rast gəlmək olur ki, deyməyə belə, xəcalət çəkirik. Bəzən də elə gözəl insana rast gəlirik ki, onun insan olduğuna təəccüblənirik.

Allahın mələklər adlı başqa bir varlıqları vardır ki, onlarda yanlışlıq, doğru olmayan heç bir şey tapmazsan. Lakin insanı yaradan zaman Allah onunla iftixar edir və mələklərə səcdə etməsini əmr edib. Bu da onu göstərir ki, insan məxluqlar arasında ən ali olanıdır.

Kamil insan – o insandır ki, onda mənfi heç bir sifət olmaz. Kamil insan Allahda olan müsbət sifətlərə malikdir. Bu cür insan həm başqa insanlardan və həm də mələklərdən üstün olar. Kamil olduğu üçün Allaha ən yaxın varlıqdır. O, Allahdan sonra ən ali dərəcədə qərar tutar.

Mələklər ayıq, agah və itaətkar varlıqlardır ki, öz gücləri ilə aləmin çərxini fırladırlar. Lakin bu mələklər insanda olan qabiliyyət və istedadları görən zaman təəccüb edirlər. Kamil insanlardan elm öyrənməyə başlayarlar.

“Allah buyurdu: «Ey Adəm, onların adlarını(ya onların həqiqətlərini və sirlərini) mələklərə xəbər ver». Elə ki, (Adəm onların) adlarını (ya həqiqətlərini) mələklərə xəbər verdi, Allah buyurdu: «Sizə demədimmi ki, həqiqətən Mən göylərin və yerin gizlinliklərini bilirəm və sizin həm aşkar etdiyinizdən, həm də gizlətdiyinizdən xəbərdaram?!»”. (“Bəqərə” 33).

İnsan Allahın yer üzərindəki nümayəndəsidir. Bu nümayəndəlik üçün layiqli olanı – kamil insandır. Varlıq aləminin əsil hədəfi kamil insan yetişdirməkdir. Elə kamil insanlar vardır ki, yerin və göyün pərdəsi arxasındadırlar və varlıq aləmi onlardan asılıdır. Mələklər də insanın bu sifətlərini biləndən sonra, ona təzim edib əmrinə hazır olduğunu bildirmişdi.

Kamil insan çox cəhətdən Allaha bənzəyər. Belə ki, Allah kimi həmişə var ola bilər, varlıq aləminə hakim ola bilər, sonsuz biliyi ilə zaman və məkandan xaricdə yaşaya bilər, zaman və məkan onun əmrinə hazır olar, iradəsi Allahın iradəsi olar. Allah onun vasitəsilə bağışlayar və bəxş edər.

Ancaq kamil insan Allahdan fərqlidir. Allah gözlərdən gizlindədir. Ancaq insan Allaha aşkardır. Kamil insan Allahın hakimiyyəti altındadır, Allah hər şeydən ehtiyacsızdır. Ancaq kamil insan Allaha həmişə möhtacdır. Onun özündən heç nəyi yoxdur və Allah qarşısında bəndədir. Gücsüz və acizdir. Nə zaman Allah iradə etsə, bir göz qırpımında nə kamil insan olar, nə də başqa bir varlıq.

Ən kamil insanlar – peyğəmbərlərdir. Ən üstün peyğəmbərlər o kəslərdir ki, dinləri kamildir. Ən kamil din – İslam dinidir. Ona görə də İslam Peyğəmbəri (s) - ən kamil insandır. Peyğəmbərin (s) canişini də gərək özü kimi olsun ki, insanlar çatışmamazlıq hiss etməsinlər. Ona görə də deyə bilərik ki, İslam Peyğəmbəri (s) və canişini - ən kamil insanlardır.

Deyə bilərik ki, insan nə qədər çox kamala çatarsa, onda Allahın sifətləri görünməyə başlayar. Hər kim daha çox bu sifətlərə malik olarsa, daha kamil olar. Kamil insan isə Allaha ən yaxın olanıdır.

Biz də Peyğəmbərimiz (s) və onun canişini İmam Əli (ə) kimi kamil olmağa çalışaq və özümüzdə ən fazil İlahi sifətləri yetişdirməyə səy göstərək.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930