QADIN BEYNI, YOXSA KIŞI BEYNI DAHA ÜSTÜNDÜR? - ELMİ AÇIQLAMA
Mьəllif: admin1
Tarix: 5-08-2016, 08:51
QADIN BEYNI, YOXSA KIŞI BEYNI DAHA ÜSTÜNDÜR? - ELMİ AÇIQLAMA
Elm dünyasında həqiqətlər daha çox elmi faktlara əsaslanır. Bəs fiziki ya da romantik güc əvəzinə, qərar vermə mexanizmimizi, qərarlarımızı, fikirlərimizi formalaşdıran, bizi biz edən beynimizin gücü haqqında nə deyə bilərik?
Qadın beyni, yoxsa kişi beyni daha üstündür? Zəka gender anlayışı dəyişən bir dəyər deyil? Bütün bu sualların cavabını və elmi açıqlamaları bu mövzuda topladıq.
Əsrlərdir ki, qadın kişi arasındakı fərqlər cəmiyyətlərdə mübahisə mövzusu olmuşdur. Bəzi cəmiyyətlərin ənənəvi anlayışına görə kişilər fiziki cəhətdən qadınlardan üstün sayılarkən, feminizm fəlsəfəsinə görə hərəkət edən bəzi icmalar isə qadını xüsusilə mental baxımdan daha üstün və güclü olduğunu düşünürlər.
Independent qəzetinin baş səhifəsində yer alan araşdırma xəbərinə görə, qadın beyninin kişi beynindən, ya da kişi beyni qadın beynindən üstün olduğunu söyləmək mümkün deyil. Beyindəki sinir əlaqələri kişilərdə ön-arxa arası qadınlarda isə sağ-sol lob arasında sıralanır. Müşahidə oluna bilən sinir əlaqələrindəki fərqlər yetkinlik dövründə özünü göstərməyə başlayır. 13 yaşına qədər qadın kişi beyni çox az fərq göstərərkən, 14-17 yaşları arasında dəyişikliklər formalaşmağa başlayır. Filadelfiyadakı Pensilvaniya Universitetinin Psixologiya Professoru Ragini Vermaya görə qadınların və kişilərin bəzi məsələlərdə bir-birindən üstün olmasının səbəbi beyindəki bu sinir əlaqələri arasındakı fiziki fərqlər kimi müşahidə edilir.
Vermaya görə, qadınların beynindəki sinirlərin sağ-sol lob arasında güllələnməsi sağ tərəfdəki hissiyat sahə ilə sol tərəfdəki məntiqi düşüncə sahəsində yerləşməsi ilə qadınların nə üçün bu sahələrdə kişilərdən daha yaxşı olduğunu açıqlayır. Eyni zamanda romantik münasibətlərimiz də beyinin həm sağ, həm sol hissəsindən siqnal verir. Kişilərin isə yalnız sol hissəsindən .
Elm insanlarına görə, kişilərin istiqamət tapma, yerləşdirmə, kimi mövzularda qadınlardan daha yaxşı olması, qadınların isə duyğusu, yaddaş, impatiya və emosional zəka kimi məsələlərdə kişilərdən daha istedadlı olması beyindəki fiziki fərqlərlə düz mütənasib olaraq müşahidə olunur.
Ümumiyyətlə qadın beyninə empatik, kişi beyninə sistematik demək də mümkündür. Lakin bütün bu dəyişikliklər və fərqlər 100% qadın və ya kişidə olacaq deyə qanun yoxdur. Kembric Universitetində aparılan bir araşdırmaya görə 82 nəfər üzərində aparılan bir testdə, kişilərin 17%-in qadın beyninə, qadınların isə 17%-in kişi beyninə sahib olduğu məlum olmuşdur.
Qadın və ya kişi beynindəki sinirlərin sıralamasındakı anormallıqlar isə şizofreniya, bipolar pozğunluq, psixoz, depressiya kimi xəstəliklərin də əlaməti olur. Təbii olaraq qadın və kişi beyni arasındakı bu fərqlərdən dolayı, bu cür ruhi xəstəliklərin müalicəsində və reabilitasiya üsullarında, qadınlar və kişilər üçün fərqli metodlar tətbiq olunur.
Nəticə olaraq son aparılan araşdırma nəticələrinə görə, qadın və ya kişi beynində bəzi fərqliliklər olmasına qarşın, qadın və kişi beyninə tamamilə fərqli demək səhvdir.
Mir.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930