Qadın əri ilə rabitə quranda, nəyə diqqət etməlidir?
Mьəllif: admin1
Tarix: 19-05-2020, 10:22
Qadın əri ilə rabitə quranda, nəyə diqqət etməlidir?
Qadın – Allahın lütf və rəhmətinin ən gözəl nişanəsidir ki, xilqəti ilə varlıq aləminə rahatlıq gətirdi.

Qadın ali niyyətlə bu aləmə qədəm basaraq, kişini kamala çatdırmaq yolunda müşayiət edər. Məsumlar (ə) buyurur: "Behişt ananın ayağı altındadır”.

Qadın elə bir varlıqdır ki, ruhunun çox hissəsi hissləri vasitəsilə formalaşar. İmam Əlinin (ə) bənzətməsi kimi, qadın gülə oxşayır, çox lətif və həssasdır.

Ona görə də qadınla rabitə quran zaman lətafət və sevgi şərtləri qorunmalıdır. Çünki əgər sevgi görməzsə, get-gedə ziyan görər və solar. Qadının ən çox ünsiyyət qurduğu insan - əridir.

Yaxşı olar ki, bir həyat yoldaşı öz xanımı ilə rabitə qurmazdan əvvəl qadınları tanısın və onların lətif ruhu ilə tanış olsun. Eyni zamanda da qadın da ərini tanımağa çalışsın.

Çünki kişilərin təbiəti qadınlardan fərqlənir. Kişilər qadınların əksinə olaraq, dəqiq və məntiqli varlıqlardır. Əgər bir insan ruhunu məntiq və sevgiyə bölsək, kişilərdə məntiq və qadınlarda sevgi qalib gələr.

Kişinin məntiqi icimai rabitə qurmaq üçün uyğunlaşdırılmışdır. Əgər dünyanı ancaq kişilərə qoymaq istəsək, dünya kobud, quru olar. Bu qadınların eşq və sevgisidir ki, dünyaya rəng qatır.

Bəs kişi qadınla necə rabitə qurmalıdır ki, ona ziyan vurmasın? Kişilərdə məntiq hakim olsa da, hissləri də zəif deyildir. O, məntiqli danışar və sizə məntiqlə sual verər.

Siz isə kişinin məntiqi qarşısında zəifsiniz və cavabsız qalırsınız. Ona görə də kişilərlə məntiqlə deyil, hisslərini təhrik edərək ünsiyyət qurun. Çünki qadınlarda hiss güclü olduğu üçün, mehr göstərərək həyatınızı şirin edə bilərsiniz.

Qadın həyat yoldaşının evə gəlmə saatını bildiyi üçün, o zaman hazırlanmalı və bəzənməlidir. İslam dini də bunu vurğulayır. Sonra isə ərini qapıda bu halda qarşılamalıdır. Bəs bunlar nə üçündür?

Bu əməllər ona görədir ki, kişi evdən bayırda olan zaman məntiqli bir insandır və əgər bu halda evə daxil olarsa, sizin üçün yaxşı olmaz. Evə girən zaman kişinin məntiqini hisslərə çevirmək lazımdır.

Bu zaman onun yorğunluğu aradan gedər, ikincisi isə belə olan halda sizinlə və övladlarınızla mehriban rabitə qurar.

Ona görə də əgər həyatınızın şirin olmasını istəyirsinizsə, həyat yoldaşınızı qapıda qarşılayın və ona xoş sözlər deyin. Zahiri gözəlliyinizi büruzə verərək, ərinizin diqqətini özünüzə cəlb edər və bayırdakı həyatdan ayırmış olarsınız. Bu, qadının məharətlərindəndir.

Beləliklə deyə bilərik ki, əziz mömin bacılarımız bu mühüm mövzuya diqqət etsələr, ailədə olan gərginlikləri azaldar və həyat yoldaşının ən yaxın sirdaşı olarlar.

Yaddan çıxartmayın: salam və xoş sözlər, bəzənmək, gözəl yeməklər evi gül bağçasına çevirər və siz də həmin bağın ən gözəl və sevimli gülü olarsınız. Bütün bunlar sizdən və məharətinizdən asılıdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031