Bu tərəvəz qaraciyərin fəaliyyətini yaxşılaşdırır
Mьəllif: admin1
Tarix: 19-12-2020, 11:17
Bu tərəvəz qaraciyərin fəaliyyətini yaxşılaşdırır
Qaraciyər ən vacib orqanlardan biridir. Ziyanlı maddələri neytrallaşdıran, maddələr mübadiləsi proseslərində mühüm rol oynayan, ödü ifraz edən və bir çox digər funksiyaları yerinə yetirən qaraciyər orqanizmin ümumi sağlamlığında olduqca böyük rol oynayır.

Qaraciyər çox möhkəm, özü özünü bərpa edə bilən orqandır. Lakin əksər müasir insanların həyat tərzi (düzgün olmayan qidalanma, azhərəkətlilik, ziyanlı vərdişlər, ekoloji faktorlar və s.) qaraciyərin sağlamlığına ciddi ziyan vurur.

Sizə qaraciyərin sağlamlığını qoruyan, onun fəaliyyətini yaxşılaşdıran tərəvəz haqqında məlumat vermək istərdik. Bu tərəvəz adi çuğundurdur.

Çuğundur unikal tərəvəzdir. Mədə-bağırsaq sistemi üçün olduqca faydalı olan çuğundur həmçinin çox güclü hepaprotektordur (qaraciyəri qoruyan).

Alimlər çuğundurun tərkibində nadir faydalı maddə "betain" aşkar ediblər. Bu maddə qaraciyərin hüceyrələrində ziyanlı maddələri zərərsizləşdirməyə kömək edir.

Nəticədə qaraciyərə olan gərginlik azalır, orqanın funksiyaları yaxşılaşır.

Betain həmçinin çuğundur yarpaqlarında da var. Çuğundur yarpaqları da çox faydalı məhsuldur. Onları çiy halda müxtəlif salatlara əlavə etmək çox yaxşıdır.

Çuğundur və çuğundur yarpaqlarından əlavə betain ispanaq və sarıkökdə də tapılıb.

Qaraciyərdən əlavə betain öd kisəsinə də çox müsbət təsir edir - ödün ifrazını artırır, ödün öd kisəsindən axmasını yaxşılaşdırır ki, bu da durğunluğun, iltihabın və öd daşlarının əmələ gəlməsinin qarşısını alır.

Bəzi araşdırmalar göstərib ki, betainin çoxlu miqdarda qəbulu qadınlarda süd vəzi xərçənginin, kişilərdə prostat vəzi xəstəliklərinin riskini azaldır.



Saglamolun.Az
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930