Qaraciyər və ürək üçün faydalı nəhəng giləmeyvə
Mьəllif: admin1
Tarix: 22-06-2016, 23:17
Qaraciyər və ürək üçün faydalı nəhəng giləmeyvə
Qarpız tək dadlı desert deyil. Bu giləmeyvə sağlamlığımız üçün olduqca faydalı məhsuldur.
Qarpızın sağlamlıq üçün faydaları arasında:
- Antioksidantlarla zəngin olan qarpız orqanizmdə qocalma prosesləri ləngidir.
- A vitamini ilə zəngin olan qarpız görməni yaxşılaşdırır.
- Qarpızın tərkibində olan fol turşusu (B9) qanyaratma sistemi üçün çox vacibdir, orqanizmdə zülalların mənimsənilməsini yaxşılaşdırır, immun və ürək-damar sistemlərinin normal fəaliyyəti üçün vacibdir. Həmçinin bu vitamin dölün ana bətnində normal inkişafına kömək edir. Bu səbəbdən hamilə qadınlar qarpızı öz qidalanmasına daxil etməlidir.
- Maqneziumla zəngin olan qarpız əzələ və sinirlərin normal fəaliyyəti üçün vacibdir. Ürəyimiz də əzələdir. Maqnezium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardan biridir.
- Həmçinin maqnezium əla antidepressantdır. Bu səbəbdən əhval-ruhiyyəni yaxşılaşdırmaq və stresi azaltmaq üçün tez-tez qarpız yeyin.
- Sübut olunub ki, qarpızda çoxlu miqdarda olan likopin maddəsi kişilərdə prostat vəzi xəstəliklərinin qarşısını alır.
- Qarpız sidikqovucu təsirə malikdir, böyrəkləri, sidik kisəsini təmizləyir, ödemlərlə mübarizə aparır, ürəyə olan gərginliyi azaldır.
- Qarpız həm azkalorilidir, həm də insanda tez toxluq hissi yaradır. Bu səbəbdən diyetoloqlar qarpızı tez-tez pəhrizlərə daxil edirlər.
- Su ilə zəngin olan qarpız (85-90% qədər) orqanizmi maye ilə təmin edir. 1-2 dilim sərin qarpız susuzluqdan mübarizədə ən yaxşı vasitədir.
- Qidalı liflər və pektinlə zəngin olan qarpız bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, orqanizmi ziyanlı maddələrdən təmizləyir.
- Qarpız cinsi istəyi artırır.
- Qarpız qaraciyər üçün ən faydalı məhsullardan biri sayılır.

Saglamolun.Az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930