Çuğundur şirəsinin bu faydasından xəbərsizsiniz
Mьəllif: admin1
Tarix: 19-12-2020, 11:21
Çuğundur şirəsinin bu faydasından xəbərsizsiniz
Çuğundurun təzyiqdən əziyyət çəkənlər üçün faydalı olduğunu bilirdiniz?

Yüksək təzyiq damarları və ürəyi sıradan çıxaran ciddi problemdir. İnfarkt, iflic, böyrək xəstəliklərinin əsas səbəblərindən biri məhz yüksək təzyiqdir.

Təzyiqdən əziyyət çəkənlər həkimdən dərman tövsiyəsi alıb mütəmadi olaraq onlardan istifadə edə bilərlər. Ancaq təzyiqiniz hərdən bir yüksəlirsə, bu zaman çuğundurdan faydalana bilərsiniz. Çuğundur şirəsinin yüksək təzyiqə faydalı olduğu elmi araşdırmalarla sübuta yetirilib.

250 ml çuğundur suyu 24 saat ərzində təzyiqi normal səviyyəyə salır. Ona görə də həkimlər ürək və damarların sağlamlığı üçün çuğundur şirəsi içməyi tövsiyə edirlər.

Çuğundur suyu qandakı nitrik oksid səviyyəsini artıraraq qanı duruldur. Yeməklərdə və salatlarda da çuğundurdan bol miqdarda istifadə etmək lazımdır.

Kiçik çuğundurların qida dəyəri daha yüksəkdir. Ona görə də çuğundur şirəsi xırda çuğundurlardan əldə edilməlidir.

Qida dəyərinin azalmaması üçün qabıqlarını soymadan istifadə edin. Çuğundur şirəsini hazırlayarkən yarpaqlarından da istifadə edin. Onun yarpaqları önəmli minerallar ehtiva edir. Yarpaqları salatlara da əlavə etmək olar.

Çuğundur şirəsinin dadı xoşagəlməz olur. Həm də çox içdikdə səsin batmasına səbəb ola bilər. Onu cəfəri, kök, alma, xiyar, ispanaq kimi tərəvəz və meyvələrin şirələri ilə yarı-yarıya qarışdırıb içmək lazımdır.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031