İSLAMDA TƏBABƏT
Mьəllif: admin1
Tarix: 23-11-2021, 19:48
İSLAMDA TƏBABƏT
Bismillahir-rəhmanir-rəhim.

Həkim (hikmətli) Allah öz müqəddəs kitabında buyurur: “And olsun əncirə və zeytuna”. Keçən söhbətimizdə qeyd etdik ki, Allahın hər bir sözündə hikmət vardır. Ola bilməzdi ki, əncir və zeytunun adlarının çəkilməsi məna verməyəydi, burada bir hikmət olmayaydı, Allah boş yerə and içməzdi ki, bu iki meyvəyə. Zeytun haqqında keçən sayımızda söhbət açdıq və gördük ki, həqiqətən də bu bir ilahi nemət imiş, o, insan üçün həm əvəzsiz qida, həmdə bir çox dərdlərə dəva imiş.

Indi isə Tin surəsində zeytunla birlikdə adı çəkilmiş əncir haqqında söhbət edək. Ümumən ənciri hər kəs tanıyır-dadlı bir meyvədir. Amma xəbərimiz varmı ki, əncir dəyərli qida olmaqla yanaşı həm də əvvəzsiz dərmanlardan, ilahi ilaclardan biridir. Ilahi nemət olan əncirin haqqında 8-ci imamımız İmam Rza (ə) buyurur: “Əncir olan yerdə başqa dərmana ehtiyac yoxdur”. əgər bu hədisə diqqət yetirsək görərik ki, tibb elmnin dərinliklərinə bələd olan İmam Rza (ə) ənciri az qala dərdlərin dərmanı adlandırır. Bəlkə buna görədir ki, Allah Qurani-Kərimdə əncirin adını hörmətlə çəkir, ona and içir.

Əncir hələ qədimlərdən insanları maraqlandırmışdır, öz ləzzətli dadı, asan həzm olması, şəkəri əvəz edə bilməsi, zəifliyi aradan qaldırması və s. xüsusiyyətlərinə görə. Peyğəmbər (s) boş yerə ənciri Cənnət meyvələrinə ən yaxın olan meyvə saymamışdır.

Əncirin ağ növü əsasən qida vasitəsi kimi, bənövşəyi rənglisi isə dərman vasitəsi kimi hələ qədimdən insanların diqqətini cəlb etmişdir. Əncirin hər bir növündə insan orqanizmi üçün faydalı olan bir çox maddələr vardır.

124 min peyğəmbərin sonuncusu, ən şərəflisi olan Həzrəti Muhəmməd (s) buyurur: “Əncir yeyin, O Cənnət meyvələrinin oxşarıdır, onun heç bir tullantısı yoxdur, əncirin təzəsi və qurudulmuşu bir çox xəstəliklərdə faydalıdır”. Qocalmış və zəifləmiş adamar əncirdən istifadə edəndə orqanizmi gücə gəldiyini nəzərə alaraq Calinus öz dövründə idmançılar və pəhlivanlar üçün xüsusi əncir dietası hazırlayır. Ümumiyyətlə qədim Roma və yunan pəhləvanları öz yeməkləri arasında əncirə xüsusi üstünlük vermişlər.

Deyirlər, qədim yunan filosofu Əflatun (Platon) ənciri o qədər sevərdi ki, müasirləri bunu nəzərə alaraq ənciri filosofların dostu adlandırmışlar.

Filosof Sokrat isə əncirin faydalı maddələri cəzb edən və zərərli maddələri orqanizmdən xaric edən bir meyvə olduğunu söyləmişdir.

Bu ilahi nemətin kimyəvi tərkibinə nəzər saldıqda görürük ki, Allah kiçicik bir meyvədə insan üçün gərəkli olan nə qədər maddələr qərar vermişdir: şəkər, albumin, orqanik turşular, karotin (provitamin A), unlu maddələr, A, B2, C, D vitaminləri, kalsium, dəmir, natrium, maqnezium, xlor, kükürd, fosfor, brom.

Ənciri dərib səbətə və ya parça üzərinə düzüb günəş şüaları altında saxladıqda onun çəkərliyi xeyli artır və deyirlər, belə əncirdən körpələr üçün təbii qənd kimi istifadə etmək çox faydalıdır. Əncirdən dadlı şərbət hazırlamaq olur, bunun üçün ənciri bir qaba yığıb üzərini örtənə qədər su əlavə edir və tam bişirirlər, bir neçə gün saxladıqdan sonra onu süzür, alınan mayenin yarısı qədər bal qatıb işlədirlər. Bunu qurudulmuş əncirdən də hazırlamaq olar. Əncir şərbəti uşaqlar üçün mədə yumşaldıcı vasitə kimi işlədilir. Bu şərbət böyüklərdə böyrəkləri isti saxlamaqla yanaşı soyuqdan yaranan bel ağrısına da çox kömək edir. Əncir tez və asan həzm olan meyvədir, onu acqarına yemək çox faydalıdır, əncir həzmi asanlaşdırır və gücləndirir, iştahanı artırır.

Ənciri südlə bişirdikdə alınan şərbət isə sinəni və boğazı yumşaldır, mədəni gücləndirir, onunla qarqara etmək isə diş dibi ətini möhkəmləndirir.

Qəbzlikdən əziyyət çəkənlərə isə əncirin özü və mürəbbəsi çox faydalıdır. Əncir babasilin də ən yaxşı dərmanlarından biri sayılır. Əncir mürəbbəsini qaramalın (inəyin) qara ciyəri və ya toyuq mədəsinin əzələ təbəqəsi ilə qarışdırıb yüngülcə bişirərək 4-5 gün yedikdə sarılıq xəstəliyini sağaldır.

Əncir ilahi bir nemətdir ki, yaddaşı və ümumiyyətlə beyini gücləndirməkdə əvəzsizdir.

Ənciri balla yedikdə mədə yarası üçün çox faydalıdır. İmam Rza (ə) buyurur: “Əncir ağız qoxusunu aparır, damaq və dişləri, ümumiyyətlə sümükləri möhkəmləndirir, tük bitirir, ağrını aparır”. Əncir kökəltməkdə əvəzsiz meyvədir. Arıqlıqdan əziyyət çəkənlər 40 gün müddətində ənciri cirə ilə birlikdə acqarına yeyərlərsə, bu narahatçılıqdan azad olarlar. Lakin zəifləmiş adamlar güclənməklə yanaşı kökəlmək istəmirlərsə əncir yedikdən sonra az miqdarda balla sirkəni qatıb qəbul etsinlər.

Dalağın zora düşməsindən çəkinənlərə isə məsləhətdir ki, ənciri qoz ləpəsi və ya badamla birlikdə yeyələr. Bu ilahi nemət yüksək qida dəyərinə malik olmaqla yanaşı, həm də insan üçün enerji və vitamin mənbəyidir.

Əncirin xurma, kişmiş və innabla birlikdə işlədilməsi qədim zamanlardan sinə yumşaldıcı dərman kimi məşhurdur. Əncir bədən hərarətini və susuzluğu yatırır, tərləməyə kömək edir, tər vasitəsi ilə bədəndən zərərli və zəhərli maddələri çıxarır. Əncir qurusunu qoz ləpəsi ilə yemək bədənin müqavimətini artırır, cinsi fəaliyyəti gücləndirir, ənciri qoz ləpəsi ilə yemək həm də orqanizmin zəhərlənməyə qarşı müqavimətini artırır. Ənciri püstə və badamla yemək isə hafizəni gücləndirməkdə əvəzsizdir.

Əncirin tumları mədə və bağırsaqları təmizləyir.
Ənciri zeytun yağına batıraraq yemək həzmi asanlaşdırar, zəifliyi aradan qaldırar. Müdriklər buyurmuşlar ki, çalışın həmişə ənciri zeytun meyvəsi və ya zeytun yağı ilə birlikdə yeyin. Belə ki, hikmətli Allah boş yerə bu iki ilahi nemətin adlarını yanaşı çəkməmişdir.

Əncir tək və ya zeytun yağına batırılaraq yeyildikdə mədəni təmizləyər, mədənin fəaliyyətini gücləndirər. Qoz ləpəsi ilə əncir bronxları təmizləyər, öskürəyi kəsər. Ənciri südlə yemək revmatizmin dərmanıdır. Əncir yeməyin gözəl faydalarından biri də onun qaraciyər və dalağın yollarını açıb təmizləməsidir. Allahın sevimlisi ,aləmlərə rəhmət oan, son peyğəmbərimiz Həzrət Məhəmməd (s) buyurur: “ Hər kəs ürəyinin yaxşı və düzgün işləməsini istəyirsə, əncir yesin”. Ənciri zəncəfillə yemək bəlğəmi aradan aparır, öskürəyi sağaldır. Ənciri südlə və ya adi halda yemək qan damarlarını açar, trombları əəridər. Əncir bəlkədə yeganə təbii ilacdır ki, qan təzyiqini tənzimləyərək aşağı endikdə də, yüksəldikdə də normaya gətirir.

Ənciri süd, qoz ləpəsi və badamla yemək körpəli qadınların südünü artırır. Ənciri yandırıb külünü dişlərə sürtdükdə dişləri ağardır və parıltılı edir.

Bu ilahi nemətin köməyi tək daxili orqanları sağaltmaqla məhdudlaşmır. Arpa unu ilə ənciri qatıb isti təpitmə düzəldərək çiban üzərinə qoyanda çibanın deşilməsinə kömək edir. Əncir əzələ ağrılarını sakitləşdirir. Onu zeytun yağı və ya mumla qarışdırıb soyuqdan yaranan dəri çatları zamanı təpitmə kimi istifadə edirlər, əncirin balla qarışığından isə yaraları sağaltmaq üçün istifadə olunur.

əncir ağacının gövdə və budaqlarından çıxan süd rəngli mayeyə şiraba deyilir. Həmin mayeni inək südünə qatdıqda süd tezliklə bərkiyir və pendirə çevrilir. Həmin mayedən dəri ziyilləri və səpişiklərinin üzərinə sürtürlər. Pambığı həmin mayeyə barıtıb ağrıyan dişin içinə qoyduqda ağrı kəsir.

Cənnət meyvəsi sayılan ənciri istər təzə halda, istər mürəbbə və istərsə də quru və kompot halında ilboyu süfrələrinizdən əskik etməyin, içindəki vitaminlər, xüsusən də kalsium və dəmir onu qışda daha da faydalı edir. Ilboyu əncir və zeytun yağından birlikdə istifadə edin ki, Allah bu təbii ilacla bir çox əlacsız xəstələrə şəfa verər inşallah. Ənciri zeytun yağı ilə gündəlik yeməyə başladıqda ilk bir neçə gün bağırsaqlarda zəif boşalma halları olarsa, bu ötərgidir.

Şükürlər olsun Rəhman Allaha ki, yaratdığı hər bir neməti insana faydalı etmiş, hər nə yaratmışsa, insanın sağlam və mənalı yaşaması üçün yaratmışdır. Salamlar olsun bəşərin ən kamili olan Həzrət Məhəmmədə (s) və onun sevimli əhli-beytinə.

Məşhədi Novruz MURTUZOV,
həkim.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031