İntelekti və beyni gücləndirən sadə üsul
Mьəllif: admin1
Tarix: 5-07-2019, 10:32
İntelekti və beyni gücləndirən sadə üsul
Oreqonun elmi və səhiyyə universitetinin alimləri, müntəzəm olaraq qısa müddətli fiziki hərəkətlərin yaddaşın güclənməsinin və qavrama qabiliyyətinin yaxşılaşmasına səbəb olmasını bildirmişdir.

"Deyerler.org"un Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, siçanların üzərində təcrübə aparan neyrobioloqlar, fiziki aktivliyin, yaddaşın formalaşmasında rol oynayan, beyin nahiyyəsində neyronlar arası əlaqə yaradan genin fəaliyyətinin güclənməsini göstərmişdir.

Siçanlar hərəkət çarxında aktiv olarkən, onların mərkəzi sinir sisteminin aktivliyi qeydə alınmışdır. Siçanlar iki saat ərzində bir neçə kilometr qət etmişdir. Siçanların fiziki hərəkətləri dörd min insan addımıyla bərabər hesab edilmişdir. Nəticədə siçanların beynində sinir hüceyrələri arasında əlaqələr güclənmişdir.
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031