Yuxusuzluğun daha bir zərəri
Mьəllif: admin1
Tarix: 17-11-2018, 10:24
Yuxusuzluğun daha bir zərəri
ABŞ-ın Ratqer universitetinin alimləri, uşaqlarda yuxu davamiyyətinin az olmasının qidalanmalarında qeyri-sağlam vərdişlər yaratmasını aşkar ediblər.

"Deyerler.org"un "lenta.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, tədqiqatda 8-17 yaş arası 117 min uşaq iştirak edib.

Anketləşdirilmənin köməyi ilə mütəxəssislər, qidalanma vərdişlərini, bazar günləri və həftə içi yuxu davamiyyətini, fiziki aktivliyin miqdarını qiymətləndiriblər.

Kifayət qədər yuxunun olmadığı halda 12 yaşında uşaqlar gün ərzində 9 saatdan az yatırdılar. 12 yaşdan yuxarı yeniyetmələr isə, ən azı 8 saat yatırdılar.

Nəticələr göstərmişdir ki, yuxunun kifayət qədər davamiyyətli olmaması, səhər yeməyinin vaxtını keçirmək, fast-fud qidalarından və şirniyyatdan çox miqdarda istifadə kimi vərdişlərin formalaşmasına şərait yaradır. Az yatmaq eyni zamanda fiziki aktivliyin aşağı düşməsinə səbəb olur.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930