Uzun müddət zəif işıqda vaxt keçirmək beynə zərərlidir
Mьəllif: admin1
Tarix: 6-02-2018, 21:23
Uzun müddət zəif işıqda vaxt keçirmək beynə zərərlidir
Uzun müddət zəif işıqda vaxt keçirmək beynin quruluşunu dəyişdirə bilər, öyrənmə və xatırlama qabiliyyətinə də zərər verə bilər.

Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, Miçiqan Universitetinin neyro-alimləri apardıqları araşdırma ilə belə bir nəticəyə gəliblər. Alimlər insanlar kimi gecə-gündüz oyaq olub gecə yatan Nil çöl siçanlarını iki qrupa ayırıb apardıqları araşdırmada, siçanların bir hissəsini dörd həftə ərzində zəif, digər hissəsini isə gur işığa məruz qoyublar.

Zəif işığa məruz qalan siçanların beyinlərində, öyrənmə və yaddaşla əlaqəli hipokampus hissəsində 30% ətrafında güc itkisi müşahidə edilib. Heyvanları əvvəlcədən öyrədilmiş məkanla bağlı vəzifələrini yerinə yetirməkdə çətinlik çəkdikləri müşahidə olunub.

Alimlər digər tərəfdən, gur işığa məruz qalan siçanların bu vəzifədə diqqətlərinin inkişaf etdiyini müşahidə ediblər.

Uzun müddət qaranlıq işıqda saxlanılan siçanlar daha sonra bir ay ərzində gur işıqlı mühitdə saxlanılıb və bu müddətin sonunda siçanların beyin qabiliyyətlərinin tamamilə sağaldığı müşahidə olunub.

Araşdırmanı aparan alimlərdən Joel Solar belə bir açıqlama ilə çıxış edib: “Zəif işıq hipokampusda neyronların və sağlam əlaqələrin davamlılığına kömək edən bir peptidin azalmasına səbəb olur”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930