Ürəyin sağlam qalmasının ən sadə yolu tapılıb
Müəllif: Admin
Tarix: 11-03-2019, 12:51
Ürəyin sağlam qalmasının ən sadə yolu tapılıb
Afinanın milli universitetinin alimləri, televizoru az seyr edən və daima səhər yeməyini yeyən insanların qan-damar xəstəliklərindən minimal həddə əziyyət çəkərək, daha elakastik arteriyalara sahib olduğunu aydın etmişdir.

"Deyerler.org"un "lenta.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir hal ürək xəstəliklərini azaldaraq, insultun qarşısını almış olur. Mütəxəssislər Yunanıstanın Konif şəhərinin iki min sakininin həyat tərzi və sağlamlığı ilə tanış olub.

Könüllülərin yaş həddi 40-99 yaş arası dəyişir. Onlar həkim müayinələrindən keçərək, damarda qanın surəti, arteriya divarlarının qalınlığı kimi nüanslara diqqət edilmişdir.

Arteriya divarlarının qalınlığı çöküntülərin yığılmasından əmələ gələrək, insult riskini artırmış olur. Məlum olmuşdur ki, tez-tez televizoru seyr edən insanlar oturaq həyat tərzi sürür.

Belə adamların qan damarlarında lövhələrin əmələ gəlməsi digər televizoru az seyr edən insanlara nisbətən iki dəfə artıqdır. Bundan əlavə, hətta ev işləriylə məşğul olmaq kimi az enerji sərf olunan fiziki aktivlik, sağlamlığı daha da yaxşılaşdırmış olur.
Oxşar xəbərlər
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031