Uşaqların telefon və kompüter qarşısında keçirdiyi zaman onları əqli inkişafdan saxlayır
Mьəllif: admin1
Tarix: 31-01-2019, 20:09
Uşaqların telefon və kompüter qarşısında keçirdiyi zaman onları əqli inkişafdan saxlayır
Kanadanın Kalqari unuversitetinin alimləri tərəfindən aparılan tədqiqatlar nəticəsində, müasir proqramların uşaq zehninə təsirləri haqda müəyyən nəticələr əldə olunub.

"Deyerler.org"un "islam.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, alimlər həftə boyu uşaqların ekran qarşısında nə qədər vaxt keçirdiyi haqda məlumatlar toplayıblar. Nəticələrə görə, orta hesabla həftə boyu ekran qarşısında 2 yaşında uşaqlar 17 saat, 3-10 yaş arası uşaqlar isə 25 saat vaxt keçirir.

Uşaqların ekran qarşısında keçirdikləri hesablanmış vaxt müddəti, Amerikanın pediatr akademiyasının və Kanadanın pediatr cəmiyyətinin məsləhət gördüyü vaxt müddətindən çox fərqlidir. Onların məsləhət gördüyü müddətə əsasən, 2-5 yaş arasında olan uşaqlar gün ərzində 1 saatdan çox ekran qarşısında olmamalıdır və ya həftə boyu 7 saatı keçməməlidir.

Uşaqların əqli inkişafı "ASQ-3" (yaş, mərhələ sorğu anketləri) test vasitəsi ilə yoxlanılıb. Beləliklə mütəxəssislər aydın etmişdirlər ki, 3 və 5 yaşında uşaqların ekran qaraşısında keçirdikləri uzun müddət əqli inkişafın zəifliyinə gətirib çıxardır.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930