Planşet və uşaqlar: Fəsadları bilin – Araşdırma
Mьəllif: admin1
Tarix: 7-07-2016, 09:11
Bцlmə: Xəbərlər
Planşet və uşaqlar: Fəsadları bilin – Araşdırma
Avstraliyanın Körtin Universitetinin alimləri müasir uşaqların planşet və ağıllı telefonlardan olduqca çox istifadə etməsinin gələcəkdə fəsadlara yol aça biləcəyi bildiriblər. Alimlər araşdırma nəticəsində belə qənaətə gəlib ki, bu hal gənc nəsildə əzələ və sümükləri lazımi qaydada inkişaf etməyə qoymur.

Maide.Az xəbər verir ki, ekspertlər oyuncaqla oynayan uşaqlarla elektron qurğulardan istifadə edən 3-4 yaşlı uşaqları müqayisə ediblər. Məlum olub ki, planşetlə oynayan uşaqların 15 dəqiqə ərzində əlləri ilə hərəkətləri oyuncaqlarla oynaması ilə müqayisədə az, lakin televizora baxdıqları vəziyyətlə müqayisədə çox olub.

Məsələn, oyuncaqlarla oynayan uşaqlar televizora baxdıqları vəziyyətdən fərqli olaraq 6 dəfə çox, planşetdən istifadə edərkən 3 dəfə çox əlləri ilə hərəkət ediblər. Oyuncaqlarla oynayan uşaqlar planşetdən istifadə edən uşaqlarla müqayisədə bütün bədənləri ilə 2 dəfə çox, televizora baxan uşaqlarla müqayisədə 3 dəfə çox hərəkət ediblər.

Ekspertlər olduqca cəlbedici sensor qurğularından istifadə olunmasının uşaq əzələ və sümüklərinin iki səbəbdən düzgün inkişaf etməməsinə gətirib çıxaracağını bildirirlər: Birincisi, uşaqlar oturaq vəziyyətdə, xüsusilə də əzələ və sümüklərin inkişafına mane olan oyunların arxasında çox vaxt keçirir. İkincisi, planşetdən istifadə edən uşaqlar tez-tez qeyri-münasib formada otururlar ki, bu da onlarda boyun ağrılarını adi hala çevirər. (Axar.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930