Filosofun səhvi...
Müəllif: Admin
Tarix: 30-12-2014, 00:29
 Filosofun səhvi...

"Səni and verirəm ki, həqiqəti mənə deyəsən. Bu sual haradan sənin fikrinə gəldi?
İbn Şəhr Aşub yazır: "İraq sakini, İslam və ərəb filosoflarından biri hesab olunan İshaq Kendi "Quranın ziddiyyətləri" adlı bir kitab yazır. O, uzun müddət cəmiyyətdən aralanıb evdə oturaraq bu kitabı yazmışdı. Bir gün onun şagirdlərindən biri İmam Həsən Əskəri əleyhissəlamın hüzuruna gəlir. İmam onu görcək buyurur: "Sizin aranızda müəlliminiz Kendiyə cavab verə bilən rəşadətli bir kişi yoxdur?" Şagird deyir: "Biz hamımız onun şagirdiyik və müəllimin səhvinə etiraz edə bilmərik." İmam buyurdu: "Bəzi məsələləri sənə başa salsam, onu öz müəlliminə deyə bilərsənmi?" Şagird "Bəli!" - deyə cavab verir. İmam buyurur: "Buradan qayıtdıqdan sonra müəlliminin yanına get və onunla ünsiyyətdə ol. Tamamilə ünsiyyət tapdıqdan sonra ona de ki, mənim üçün bir məsələ irəli çıxıb və onu sizdən başqa heç kəsin həll etməyə səlahiyyəti yoxdur. Məsələ isə budur ki, Quranı söyləyən şəxs sizin ondan başa düşdüyünüz mənadan başqa bir məna nəzərdə tuta bilərmi? O, sənin cavabında deyəcək: Ola bilər. Onda sən ona deyərsən ki, bəlkə Allah-taala Quranda buyurduğu ifadələrdən sizin başa düşdüyünüz mənadan başqa bir məna nəzərdə tutmuşdur, lakin siz isə Onun ifadəsini başqa mənaya yozursunuz." Sonra İmam əlavə edərək buyurdu: "O, ağıllı adamdır, bu məsələ onun səhvini özünə başa salmaq üçün kifayət edər." Şagird müəlliminin yanına gəlib İmamın buyurduğu kimi etdi. Nəhayət, məsələni ortaya atmağın vaxtı gəlib çatdı. O, İmamın sualını bu cür irəli sürdü: "Ola bilərmi ki, bir nəfər bir söz deyib ondan müəyyən bir mənanı nəzərdə tutsun, ancaq həmin mənanı oxucu, yaxud dinləyici başa düşməsin? Başqa sözlə desək, bir sözü deyən şəxsin məqsədi həmin sözü dinləyən şəxsin başa düşdüyü məna ilə fərq edə bilərmi?" İraqlı filosof diqqətlə şagirdin sualını dinləyib dedi: "Sualını bir də de!" Şagird sualı təkrar etdi. Müəllim bir öz fikirləşib dedi: "Bəli, ola bilər ki, sözü deyən şəxs nəzərində müəyyən bir məna tutur, dinləyici isə onun nəzərində tutduğu mənadan başqa bir mənanı başa düşür." Belə bir sualı öz şagirdinin düşünüb deyə bilməməsini və onun fikrinə bu sualın gələ bilməməsini yaxşı başa düşən müəllim üzünü şagirdə tutub deyir: "Səni and verirəm ki, həqiqəti mənə deyəsən. Bu sual haradan sənin fikrinə gəldi?" Şagird deyir: "Belə bir sualın mənim fikrimə gəlməsinin nə eybi var?"
Müəllim: "Yox, sənin hələ bu məsələni başa düşməyinə çox var. De görüm bu sualı sənə kim deyib?"

Şagird: "Doğrusunu bilmək istəyirsənsə, bu sualı mənə İmam Həsən Əskəri (əleyhissəlam) öyrədib."

Müəllim: "Bax indi düz dedin."

Sonra müəllim əlavə edib dedi: "Bu cür suallar ancaq onların ailəsinə yaraşıb. (Həqiqəti üzə çıxaran yalnız onlardır.)

Müəllim öz səhvini anlayıb həqiqəti başa düşdükdən sonra böyük bir ocaq qalanmasını əmr edir və öz nəzərinə görə "Quranın ziddiyyətləri" barədə yazdıqlarını oda atıb yandırır.

nardaranpiri.com
Oxşar xəbərlər