ARİYƏ, SƏDƏQƏ, TAPILAN ƏŞYA
Müəllif: Admin
Tarix: 10-04-2014, 14:00
Ariyə

1-Ariyə insanın öz malını istifadə etmək üçün başqasına verib, əvəzində də heç nə almamağına deyilir. Məsələn: Velosipedini bir kəsə verir ki, mənzilinə gedib-qayıtsın.
2- Bir şeyi ariyəyə götürən şəxs onu yaxşı qoruyub saxlamalıdır.
3- Ariyəyə götürülmüş mal tələf olsa, yaxud onda bir nöqsan yaransa:
* Əgər onu saxlayarkən səhlənkarlıq etməyibsə və onun istifadəsində həddini aşmayıbsa, zamin deyildir.
* Əgər onu saxlayarkən səhlənkarlıq edibsə və onun istifadəsində həddini aşıbsa, ona dəyən zərəri ödəməlidir.
4-Əgər əvvəlcədən şərt qoysalar ki, o mala dəyən hər bir zərərə ariyəyə götürən şəxs zamindir, onda dəyən zərəri


Sədəqə

Sədəqə Qurani-Kərimin ayələrində və məsum İmamların hədislərində çox tövsiyə olunmuş müstəhəb işlərdən biridir. Sədəyə çox təkid olunmuş və hədsiz savab bəyan olunmuşdur. Belə ki, buyurulur: "Sədəqə dünyada böyük müsibətlərin və qəfil ölümlərin qarşısını alar, axirətdə isə böyük günahların silinməsinə səbəb olar və qiyamət sorğu-sualını asanlaşdırar."
Mövzunun əhəmiyyətini nəzərə alaraq, yazımızda onun bəzi hökmlərinə işarə edirik.
Sədəqənin hökmləri
1- İnsan sədəqəni qəsdi-qürbətlə; hər cür riya və özünü göstərməkdən uzaq olaraq yalnız Allahın razılığı üçün verməlidir.
2- Sədəqəni geri almaq caiz deyil.
3- Seyyid olmayanın zəkatı seyyidə haram olduğu halda, sədəqə seyyidə halaldır.
4- Müsəlmanlarla müharibə etməyən, Peyğəmbər (s) və İmamlara hörmətsizlik göstərməyən kafirə də sədəqə vermək olar.
5- Yaxşı olar ki, sədəqə gizlin verilsin. Amma başqalarını da bu işə həvəsləndirmək məqsədi ilə aşkar da verilə bilər. Zəkatın isə aşkar verilməsi daha yaxşıdır.
6- Dilənmək və dilənçini əli boş qaytarmağın hər ikisi məkruhdur.


TAPILAN ƏŞYA
1-Tapılan malı götürmək məkruhdur.
2-Əgər şəxs tapdığı bir şeyi götürməsə öhdəsində bir təklif yoxdur.
3-Əgər tapdığı şeyi götürərsə, onun aşağıda göstərilən məxsus hökmləri vardır:
A) Üzərində Sahibini məlum edən elə bir nişanəsi yoxdursa, vacib ehtiyatə əsasən sahibinin tərəfindən sədəqə versin.
B) Əgər bir nişanəsi varsa:
1) Onun qiyməti 6/12 noxud sikkəli gümüşdən az olsa:
* Sahibi məlum olsa, ona verməlidir;
* Sahibi məlumolmasa özünə götürə bilər.

2) Onun qiyməti 6/12 noxud sikkəli gümüşə yetişsə, gərək bir il boyuca elan etsin. Əgər sahibi tapılarsaona verər, yox əgər tapılmazsa aşağıdakı variantlardan birini edə bilər:
* Özünə götürsün;
* Sahibi üçün tapılanacan saxlasın;
* Müstəhəb ehtiyata əsasən sahibinin tərəfindən sədəqə versin.
4-Sahibinin tapılması üçün elan edilməsi gərəkən yerlərdə, gərək ilk həftənin hər günündə bir dəfə, ondan sonra isə il boyuca həftədə bir dəfə camaatın kütləvi cəm olduğu bazar və camaat namazı kimiyerlərdə elən edilməlidir.
5-Ehtiyati vacibə əsasən gərək dərhal eləan etsin, təxirə salmasın.
6-Əgər bilsə ki, elan etmənin heç bir faydası yoxdur, o zaman elan lüzumsuzdur.
7- Həddi-büluğa çatmamış bir uşaq bir şey tapdıqda onun vəlisi elan etməlidir.

AYAQQABINI İTİRMƏK
Əgər insanın ayaqqabısını aparsalar və onun yerinə başqa ayaqqabı qalarsa, onun neçə məsələsi vardı:
1-Qalan ayaqqabının onun ayaqqabısını götürən şəxsin olduğunu bilərsə və sahibinin tapılmasından naümid olarsa və ya axtarılması çətindirsə onu öz ayaqqabısının əvəzinə götürə bilər. Lakin əgər o ayaqqabının dəyəri öz ayaqabısının qiymətindən artıqdırsa və yenə də sahibinə yetişməkdən ümidsizdirsə hakimi şərin icazəsi ilə sahibinin tərəfindən sədəqə versin.

2-Qalan ayaqqabı onun ayaqqabısını aparan şəxsin olmadığını güman edərək götürsə gərək sahibini axtarsın. Sonda əgər sahibinin tapılmasından naümid olsa onun tərəfindən bir fəqirə sədəqə etsin. (Lakin yaxşı olar ki, heç götürməsin)
Oxşar xəbərlər
«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031