KİRAYƏ, BORC, ƏMANƏTDARLIQA AID HÖKÜMLƏR
Mьəllif: admin1
Tarix: 10-04-2014, 13:57
KİRAYƏ, BORC, ƏMANƏTDARLIQA AID HÖKÜMLƏR


İcarə
Əgər əgər icarə verən (sahib) icarə alana desə ki: «Öz mülkümü sənə kirayə verdim» və o da «Qəbul etdim» desə,icarə müamiləsi səhih sayılır. Hətta əgər bir şey deməsələr, lakin sahib mülkünü icarə qəsdi ilə təhvil alana versə və o da icarə niyyəti ilə təhvil alsa düzgündür. Məsələn evin açarını verə və biri də ala.

İcarəyə verilən malın şərtləri
İcarəyə verilən mal aşağıdakı şərtlərə malikdir:
* Mal müəyyən olunmalıdır. Sahib əgər desə ki, «otaqlarımdan birini sənə kirayə verdim» düzgün olmaz.
* İcarə götürən şəxs malı ya mülkü görməlidir, ya sahib kirayə olunanın xüsusiyyətlərini elə deməlidir ki, ona tam məlum olsun.
* Kirayə verilən mal elə cins olsun ki, ondan istifadə etməklə malın özü aradan getməsin. Bəs çörək, meyvə və digər qida məhsullarının icarəsi səhih deyildir.

İCARƏNİN HÖKMLƏRİ
1- İcarəyə verilən malın istifadə müddəti müəyyən olmalıdır. Msələn: «bir ay» ya «bir il».
2- Əgər icarə verdiyi şeyi təhvil versə, hətta icarə alan təhvil almasa və ya təhvil alıb icarə müddətinin axırına kimi istifadə etməsə də onun icarə haqqını verməlidir.
3- Əgər bir kəs məsələn bir fəhləni müəyyən gündə hər hansı bir işi görmək üçün tutsa, (məsələn: kərpicləri tikintinin içərisinə daşısın ya gəc vursun) fəhlə həmin işi görmək üçün iş başına gəlsə ona iş tapşırılmasa belə haqqı verilməlidir.
4- Əgər sənətkar götürdüyü şeyi xarab etsə, həmin malın dəyərini ödəməlidir. Məsələn: Mexanik maşını bir xəsarət yetirərsə.
5- Əgər bir kəs evi, ya dükanı və ya bir otağı kirayə etsə və mülkün sahibi yalnız onun istifadə etməsini şərt etsə, kirayəçi başqasına icarəyə verə bilməz.



Borc

Borc vermək müstəhəb bir işdir. Qurani-Kərimdə və hədislərdə ona dair çoxlu tövsiyələr olunmuşdur. Borc verənin qiyamət günündə çox əcrləri olacaqdır.

BORCUN NÖVLƏRİ
1- Müddəti müəyyən olan borc: yəni borcvermə zamanı borc alanın nə zaman qaytaracağı müəyyən edilir.
2- Müddəti müəyyən olmayan borc: Borcun qaytarlacağı zaman müəyyən edilmir.


Borcun hökmləri
1- Müddəti təyin olunmuş borcda borc sahibi o müddət tamam olmamışdan qabaq öz borcunu tələb edə bilməz.
2-Amma əgər müddəti təyin olunmasa, hər vaxt istəsə, öz borcunu tələb edə bilər.
3- Əgər borc sahibi öz borcunu, tələb etməyə haqlı olduğu vaxt istəsə və borclu da verə bilsə dərhal verməlidir, təxirə salsa, günahkardır.
4-Əgər müəyyən məbləğdə pul bir kəsə verərkən şərt etsə ki, bir müddətdən sonra (məsələn bir ildən sonra) verdiyindən də bir az çox alacaqdır bu sələm hesab olur və haramdır. Məsələn 100 maat verə və şərt edə ki, bir ildən sonra 120 manat alacaqdır.

VƏDIƏ (ƏMANƏTDARLIQ)
Əgər insan öz malını bir kəsə verib "sənin yanında əmanət qalsın" - desə, o da qəbul etsə vədiənin (əmanətin) hökmünə əməl etməlidirlər.

Əmanətin hökmləri
1-Əmanəti saxlaya bilməyən bir şəxs ehtiyati-vacibə görə qəbul etməməlidir.
2- Bir şeyi əmanət qoyan şəxs hər vaxt istəsə, geri ala bilər. Əmanəti qəbul edən şəxs də hər vaxt istəsə, onu sahibinə qaytara bilər.
3-Əmanəti qəbul edən şəxsin onu saxlamaq üçün münasib yeri olmasa, münasib yer hazırlamalıdır. Məsələn: puldur və onu evdə saxlaya bilmirsə banka tapşırsın.
4-Əmanəti qəbul edən şəxs onu elə saxlamalıdır ki, camaat "əmanətə xəyanət edibdir, onu saxlamaqda səhlənkarlıq edibdir" deməsin.
5-Əgər camaatın əmanəti aradan gedərsə:
A) Əgər əmanəti qəbul edən şəxs onu saxlamaqda səhlənkarlıq etsə əvəzini verməlidir.
B) Əgər əmanəti qəbul edən şəxs onu saxlamaqda səhlənkarlıq etməsə və əmanət təsadüfən tələf olsa, onun əvəzini verməməlidir. Məsələn malı sel apararsa.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930