Həzrət Peyğəmbərin (s) bərəkətli köynəyi
Müəllif: admin1
Tarix: 23-10-2021, 23:26
Həzrət Peyğəmbərin (s) bərəkətli köynəyi

Həzrət Peyğəmbərin (s) köynəyi çox köhnəlmişdi və 12 dirhəmdən çox pulu yox idi. Bir qədər köhnə köynəyinə nəzər saldı və pulu İmam Əliyə (ə) verib buyurdu: “Ya Əli! Bu on iki dirhəmi al və mənim üçün köynək al”.

Həzrət Əli (ə) buyurdu: “Baş üstə”. Bazara gedir və Peyğəmbər (s) üçün gözəl bir köynək alır. Peyğəmbər (s) bu köynəyi görəndə qiymətini başa düşür.

Əliyə (ə) buyurur: “Ürəyim istəyirdi ki, daha ucuz köynək alasan. Görəsən satıcı onu geri qaytarar?”

Həzrət Əli (ə) buyurdu: “Bilmirəm”.

O, bazara gedir və köynəyi qaytarır və pulunu da Peyğəmbərə (s) qaytarır. Peyğəmbər (s) bu dəfə kürəkəni ilə bir yerdə bazara gedir. Birdən yolda bir kəniz görür. Bu kəniz yolun kənarında oturub ağlayırdı və Peyğəmbərin (s) ürəyi sızıldadı.

Qabağa gedib, salam verdi və buyurdu: “Qızım niyə ağlayırsan?” Kəniz dedi: “Ey Allahın Rəsulu! Ağam mənə dörd dirhəm vermişdi ki, bazara gedim, ancaq bura çatanda başa düşdüm ki, pul yoxdur. Bilmirəm harada itirmişəm, indi də geri qayıtmağa qorxuram”.

Peyğəmbər (s) buyurdu: “Narahat olma”. Sonra dörd dirhəmi ona verdi və kəniz çıxıb getdi. Sonra Həzrət Əli (ə) ilə bir yerdə bazara getdi və dörd dirhəm dəyərində olan bir köynək aldı. Evə qayıdan zaman isə başqa bir hadisə baş verdi.

Yolun ortasında əynində köynəyi olmayan bir kişi oturmuşdu və deyirdi: “Ey müsəlmanlar! Kömək edin, hər kim məni geyindirər, Allah da onu behişt libası ilə geyindirər”.

Ancaq insanlar onun yanından laqeyd halda keçib gedirdilər və ona fikir vermirdilər. Peyğəmbər (s) bir qədər həmin kişiyə nəzər saldı və təzə köynəyini bu kişiyə bağışladı. Kişi bu təzə köynəyi görəndə çox sevindi və Peyğəmbərə (s) dua etdi.

Peyğəmbər (s) yenidən bazara qayıtdı, indi onun dörd dirhəmi qalmışdı. Onunla yeni köynək aldı. Köynəyi alandan sonra Həzrət Əli (ə) ilə bir yerdə evə qayıdır. Yolda kənizi görür və kəniz Peyğəmbəri (s) görəndə ona salam verdi.

Peyğəmbər (s) buyurdu: “Niyə evə getməmisən?” Dedi: “Çox gecikmişəm, qorxuram evə qayıdanda sahibim mən döysün”.

Həzrət Peyğəmbər (s) buyurdu: “Sən qabaqda get və evin yerini bizə göstər”.

Peyğəmbər (ə) Həzrət Əli (ə) ilə bir yerdə kənizin sahibinin evinə getdi, Peyğəmbər (s) qapını döydü və yüksək səslə buyurdu: “Salam olsun sənə ey ev əhli!”

Ancaq evdən səs gəlmir. Yenə buyurdu: “Salam olsun sənə ey ev əhli!”

Yenə cavab gəlmədi. Peyğəmbər (s) üçüncü dəfə salam verəndə ev sahibinin səsi eşidildi: “Salam olsun sənə ey Allahın Peyğəmbəri!”

Qapını açır. Ev sahibi və onun arvadı qapının ağzında dayanmışdılar və Peyğəmbəri (s) görəndə çox sevindilər. Peyğəmbər (s) soruşdu: “İki dəfə salamıma cavab vermədiniz?” Dedilər: “Biz sizin səsinizi eşitdik, ancaq çox istəyirdik ki, bu səsi çox eşidək”.

Peyğəmbər buyurdu: “Bu kəniz gecikib, onu danlamayın”. Ev sahibi dedi: “Ey Allahın Rəsulu! Sizin qədəmlərinizə xatir bu kənizi azad edirəm.

Bundan sonra o, heç kimin kənizi deyildir”. Peyğəmbər (s) çox sevinir və xudafizləşir.

Yolda Peyğəmbər (s) gülərüzlə əlini Həzrət Əlinin (ə) çiyninə qoyub buyurdu: “Allaha şükür olsun! İndiyə qədər bu qədər bərəkətli 12 dirhəm görməmişdim. İki nəfəri geyindirdi və bir kənizi azad etdi”.


Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930