İki çılpağı geydirdi, bir qulu isə azad etdi
Mьəllif: admin1
Tarix: 18-10-2023, 11:41
İki çılpağı geydirdi, bir qulu isə azad etdi

Həzrət Peyğəmbəri Əkrəm (s), Həzrət Əlini (ə) ona bir köynək almaq üçün, bazara göndərdi. Hz. Əli (ə) bazara gedib on iki dirhəmə bir köynək alaraq evə qayıtdı.

Rəsulullah (s): -Bu köynəyi neçəyə aldın?-

Həzrət Əli (ə): -On iki dirhəmə.-

Rəsulullah (s):-Bu köynəyi elə də xoşlamıram, bundan daha ucuzunu istəyirəm. Görəsən satıcı bunu geri qaytara bilərmi?

Hz. Əli (ə) belə deyir: Köynəyi götürüb bazara döndüm, Peyğəmbərin istəyini satıcıya çatdırdım, satıcı da qəbul etdi. Pulu götürüb Peyğəmbərin (s) yanına geri qayıtdım.

Köynək almaq üçün Rəsulullah (s) ilə birlikdə bazara doğru hərəkət etdik. Yolun yarısında Rəsulullahın (s) gözü, ağlayan bir qulluqçuya sataşdı.

Rəsulullah (s) onun yanına gedib, “Niyə ağlayırsan?”-deyə soruşdu. Nökər cavab olaraq belə dedi: “Ev sahibi mənə dörd dirhəm verdi, bir şeylər almaq üçün məni bazara göndərdi. Lakin mən pulu necə itirdiyimi bilmirəm, indi evə qayıtmağa qorxuram.”

Rəsulullah (s) on iki dirhəmdən dörd dirhəmi nökərə verdi və “İstədiyin şeyləri al və evə geri qayıt”-deyə buyurdu.

Rəsulullah (s) Allaha şükr edib, bazara doğru hərəkət etdi, bazardan dörd dirhəmə bir köynək alıb, geyindi. Evə dönərkən, yol üzərində bir çılpaq adam görüb, köynəyi çıxararaq ona verdi.

Özü təzədən bazara geri döndü, yenə dörd dirhəmə bir köynək alaraq geyindi və evə doğru hərəkət etdi. Yolun yarısında yenə həmin nökəri kədərli və çaşqın halda gördü. Həzrət: “Niyə evinizə getmədin?”-deyə soruşdu.

Nökər: “Ya Rəsuləllah, gecikmişəm, məni döymələrindən qorxuram”-deyərək cavab verdi.

“Gəl birlikdə gedək, evinizi mənə göstər mən onların səni bağışlamaları üçün vəsilə olaram” -deyən Peyğəmbər (s), o nökər ilə birlikdə yola düşdü. Evlərinə çatdıqları zaman qulluqçu “Budur, bizim evdir”-dedi.

Rəsulullah (s) qapının arxasından yüksək səslə, “Ay ev sahibi! Salamun əleykum”-dedi, bir cavab gəlmədi. İkinci dəfə salam verdi, yenə cavab eşidilmədi.

Üçüncü dəfə bir daha salam verdiyində, “Əleykəssəlam ya Rəsuləllah və rəhmətullahi və bərəkatuh”-deyə cavab verdilər.

Rəsulullah (s), “Niyə birinci dəfə cavab vermədiniz? Görəsən, mənim səsimi eşitmədinizmı?”-soruşdu.

Ev sahibi, “Birinci dəfə eşitdik, sənin olduğunu belə başa düşdük”-dediklərində, Rəsulullah (s), “Elə isə niyə gec cavab verdiniz?”-deyə soruşdu.

Ev sahibi, “Sənin səsini bir neçə dəfə eşitmək istədik”-deyərək cavab verdi.

Rəsulullah (s), “Sizin bu qulluqçunuz gecikmişdir, onu cəzalandırmamağınız üçün sizə xahişə gəlmişəm”-deyə sözünü bildirdi.

Ev sahibi, “Ya Rəsuləllah! Sizin mübarək ayağınızın hörmətinə bu qulluqçu indiki andan azaddır”-deyərək cavabında bildirdi.

Sonra Rəsulullah (s) öz-özünə belə dedi: “Allaha şükür, necə də bərəkətli on iki dirhəm idi! İki çılpağı geydirdi, bir qulu isə azad etdi. “ (Bihar, c.16, s.14)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930