Möhkəm ailə həyatı qurmaq üçün tövsiyələr
Mьəllif: admin1
Tarix: 5-11-2021, 10:52
Möhkəm ailə həyatı qurmaq üçün tövsiyələr
Möhkəm bir ailə həyatı davamlı və minnətsiz məhəbbətdən, dostluqdan, geniş təşəkkürdən, bir-birlərinə səmimi rəftardan və bir-birlərinin hüququna riayət etməkdən ibarətdir.

Müqəddəs İslam dini ailələri kiçik bir ictimaiyyət adlandıraraq onların möhkəm və davamlı olması üçün hər iki tərəf barədə müəyyən qanunlar nəzərdə tutulmuşdur.

Çünki Allah taala bütün hüquqlar üçün müəyyən vəzifələr də təyin etmişdir. Sualı nəzərə alaraq qadınların şəri baxımdan ərlərinin müqabilində olan vəzifələrini və kişilərin qadınlarının üzərində olan hüquqlarını aşağıda qeyd edirik:

1). Kişinin ailə başçılığını qəbul etmək:

Əgər ailədə hər hansı bir problem yaranarsa nəhayət onu kişi həll etməlidir. Əlbəttə, kişinin bu hüququ ona bundan sui-istifadə etməyə icazə vermir. Əksinə kişi bütün çətinliklərin müqabilində öz səbrini və gözəl əxlaqını əldən verməməlidir.

2). Qadın kişinin müqabilində daha təmkinli olmalıdır:

Qadın öz ərinin bütün cinsi və şəhvət istəklərini fiziki və pisixi hazırlığını nəzərə alaraq sözsüz ödəməlidir. Əgər qadının xüsusi bir problemi olarsa (heyz, xəstəlik və s.) bu məsələdə üzürlü hesab olunur.

3). Qadın kişinin harada məskunlaşdığını nəzərə almayaraq ona tabe olaraq onunla getməlidir.

Əgər kişi bu məsələ qadına seçim ixtiyarı verərsə, kişinin məskunlaşdığı yer qadının iffətinə xələl gətirərsə, qadının ictimai imicinə xələl gətirərsə, qadına fiziki və psixi təsir göstərərsə bu zaman qadın ixtiyar sahibidir. Kişinin bu vəziyyətdə onu məcbur etmək hüququ yoxdur.

4). Evdən çıxmaq və evə kimisə dəvət etmək məsələsində kişinin icazəsinin şərt olması:

Qadın bu məsələdə birbaşa kişinin ixtiyarındadır və ondan icazəsiz heç bir addım ata bilməz. Amma əgər dini vəzifəsini yerinə yetirmək üçün və ya (məsələn: həccə getmək, həkimə getmək və s.) ərindən icazə alması qalması onun canına, iffətinə və şərafətinə xələl gətirərsə, qadın evi ərindən icazəsiz tərk edə bilər.

5). Qadın işləmək istədiyi kollektiv üçün ərindən icazə almalıdır.

Əgər kişi icazə verməsə, qadının işləmək hüququ yoxdur.

İndi isə suala bir az da ətraflı surətdə cavab verək.

Allah taala qadın və kişini elə yaratmışdır ki, onların biri olmasa nə davam, nə də bəşəriyyətin sağ qalması mümkündür.

Əgər onların ikisindən biri olmasa, onların heç birinin ehtiyacları ödənilmiş olmur. Hətta, belə olan halda dini və pisixi təkamülün baş verməsi – istər fərdi və ya ictimai – mümkün deyil.

Elə bil ki, bu iki varlıq bir kamil vücudu təşkil edir. Əgər bunların ikisindən biri olmazsa təkamülün olması mümkün deyildir.

Allah taala qadının və kişinin yaradılışında hüquq və vəzifə baxımından elə fərqlər təyin etmişdir ki, onlar öz təkamülünü əldə edə bilər. (Bəqərə surəsi, ayə 233, Nisa surəsi, ayə 4, Nəhl surəsi, ayə 72- 21.)

Bundan əlavə psixi və fiziki fərqlərlə onları bir ailədə ortaq həyat sürərək dünya və axirət səadətinə çatmağa sövq etmişdir.

Bir sözlə ilahinin qadınla kişi arasında yaratdığı fərq, onların ortaq həyatda yaşayıb təkamülə çatmasına xidmət edir. Onlar bu fərqlərlə bir-birinin ehtiyacını ödəyir, dünya və axirət evlərini abad edirlər.

Kişi və qadının hüququ vəzifəsi üç baxışdan: Fiqh, Əxlaq və hüquq (1) anlamlarından din alimlərinin geniş mövzusu olmuşdur.

Bu mətində əsas sual qadının ərinin müqabilində dini vəzifəsi barəsindədir. Bu yerdə əxlaq da psixologiya baxımından hüquq və vəzifə sayıldığı üçün onu da qeyd edirik.

Bunu da qeyd edək ki, qadının fiqh elmi baxımından ərinin qarşısında olan vəzifəsi hüquq elmi baxımından olan vəzifəsi ilə elə də fərqli deyildir. Amma biz burada qadının əxlaq və hüquq baxımından olan vəzifələrini xülasə şəkildə qeyd edəcəyik.

Qadının əxlaq baxımından ərinin qarşısında olan vəzifəsi:

Qadının əxlaq baxımından olan vəzifəsini hədislərə istinad edərək iki dəstəyə bölmək olar. Yəni kişinin ailədə olan dəyəri və əhəmiyyəti və qadının onun müqabilində ki vəzifəsi.

1). Kişinin ailədə olan dəyəri və əhəmiyyəti:

A). Peyğəmbərimiz (s) buyurmişdur: "Əgər Allah Taaladan başqasına səcdə etmək icazəsi olsaydı, əmr edərdim qadınlar ərlərinə səcdə etsinlər."

B). Kişinin qadının üzərində olan haqqı bütün haqlardan üstündür.

S). Qadının cihadı kişinin zəhmətlərinə səbr etməkdir.

Q). Qadının kişini əsəbləşdirmək hüququ yoxdur. Belə olarsa kişi ondan bezər.

V). Kişi qadınından narazı olarsa, qadının əməlləri qəbul deyildir.

C). Əgər qadın ərinin qiymətini bilməsə onun üçün savab yazılmaz. (Məclisi, hilət- əl müttəqin, 6- cı fəsil, 76- 77- ci səhifələr.)

2). Qadının əxlaq baxımından ərinin müqabilində olan vəzifəsi:

A). Əgər qadın ərindən başqasına meyilli olarsa, Allahın yanında zinakar sayılır.

B). Qadın hətta dəvənin üstündə də olsa belə öz ərinin cinsi ehtiyaclarını ödəməlidir. Qadın gecə və gündüz ərinin ehtiyaclarını ödəməyə hazır olmalıdır. Buna hazır olmasa, mələklərin lənətinə düçar olacaqdır.

V). Qadın ərinin icazəsi olmadan müstəhəb oruc tuta bilməz. Əlbəttə, bunu misal olaraq qeyd etdik. Ümumiyyətlə, kişinin razılıq vermədiyi surətdə qadın müstəhəb əməllər edə bilməz.

Q). Qadının namazının uzun olması kişinin cinsi ehtiyaclarının ödənməsinə mane olarsa, savabı azalar.

S). Qadın ərinin icazəsi olmadan sədəqə verə bilməz.

H). Əgər qadın ərinin icazəsi olmadan evdən çölə çıxarsa, mələklər ona lənət yağdırır.

(Müctəhidlərin nəzərinə əsasən qadın ev işlərinə görə ərindən pul ala bilər.)

X). Əgər qadın ərindən başqası üçün bəzənib ətirlənərsə, onun ibadətləri qəbul olmaz. (Hilət əl-müttəqin 6- cı fəsil, 76- 79- cu səhifələr.)

Qadının hüquq və qanun baxımından vəzifəsi:

Qadının hüquq və qanun baxımından olan vəzifəsini iki yönümdən araşdıraq:

Birincisi; kişinin və qadının müştərək hüquqları və vəzifələri, ikincisi; qadının xüsusi vəzifəsi.

A). Ortaq vəzifələr:

1. Gözəl rəftar: Kişinin və qadının ümdə vəzifələrindən biri budur ki, ailədə xoş əxlaq, xoş rəftar və gülərüz olsunlar. Belə ki, ailədə pis rəftar etmək və əsəbilik yaxşı nəticə vermir.

2). Həmkarlıq: Kişi və qadın gərək ailənin bütün işlərində, xüsusilə ailənin xoşbəxtliyini təmin edən işlərdə bir-birləri ilə məsləhətləşməli və həmkarlıq etməlidirlər. Həmkarlığın ümdə şərtlərindən biri də budur ki, bu həmkarlıq zamana, məkana və camaat arasında olan lazımi adətlərə uyğun olmalıdır.

Məsələn: Əgər camaat arasında evdarlıq, uşaq saxlamaq, ona süd vermək qadının və işləyib evə qazanc gətirmək isə kişinin öhdəsindədirsə, bu zaman onu sevə-sevə minnətsiz yerinə yetirməlidirlər.

3). Uşağın tərbiyə olunması: Kişi və qadın hər ikisi uşağın tərbiyə olunmasında məsuliyyət daşıyırlar. Onlar hər bir cəhətdən bu məsələ üçün əllərindən gələni əsirgəməməlidirlər.

4). Sadiqlik və vəfadarlıq: Qadın və kişi ömürlərinin sonuna kimi bir-birlərinə sadiq qalmalı və öz əhdlərinə vəfadar olmalıdırlar.

B). Qadının kişinin müqabilində xüsusi vəzifəsi:

1). Kişinin ailədə olan başçılığın qəbul etməlidir. Əgər ailədə hər hansı bir problemin həlli məsələsi irəli gələrsə, son sözü kişi deməlidir.

Əlbəttə kişi bu vəzifəni hüsnü niyyətlə başa vurmalıdır. Onun bundan sui-istifadə etmək haqqı yoxdur. Buna heç bir şəri qanun yol vermir. Bütün işlər İslam dini çərçivəsində olmalıdır.

2). Qadın kişiyə nisbətən təmkinli olmalıdır.

Qadın kişinin bütün cinsi baxımından olan istəklərinə əgər psixi və fiziki hazırlığı varsa, cavab verməlidir. Əgər şəri və qeyri baxımdan üzürlü olsa, eybi yoxdur.

3). Kişi haranı özünə məskən və yaşayış yeri seçərsə qadında orada yaşamalıdır. Əgər kişi bu məsələdə qadına ixtiyar vermiş olarsa, qadın öz məskənini özü seçə bilər. Bundan əlavə, kişinin seçdiyi məskən qadının ictimai nüfuzuna, iffətinə və cisminə xələl gətirərsə bu zaman o, ixtiyar sahibidir.

4). Qadın evdən bayıra çıxmaq və ya evə kimisə dəvət etmək məsələlərində ərinə itaət etməlidir. Lakin, öz şəri vəzifəsini yerinə yetirmək üçün (məsələn, həccə getmək) evdən xaric olarsa, bu zaman ərinin icazəsi lazım deyildir.

Bundan əlavə, evdə qalmaq qadın üçün hər bir cəhətdən zərərli olsa, ərindən icazə almadan evi tərk edərək bayıra çıxa bilər.

5). Hər hansı bir kollektiv və ya müəssisədə işləmək üçün ərinin icazəsi əsas şərtdir.

Bura kimi qadının və kişinin məsuliyyəti qısa şəkildə izah edildi. Bundan sonrakı mövzumuzu kişinin ailədə olan məsuliyyətini izah edəcəyik.

Kişilərin qadınların müqabilində olan vəzifələri:

Kişinin qadının müqabilində olan vəzifəsi iki cəhətdən, əxlaq və hüquq baxımından açıqlanacaqdır.

A). Kişinin əxlaq baxımından vəzifəsi hədislərdə belə bəyan edilmişdir:

Qadınlarla yaxşı rəftar etməyin dəyəri:

a). Həyat yoldaşını sevmək Peyğəmbərin əxlaqıdır. (Ürvətül- vüsqa, mərhum Təbatəbai, Yəzdi, cild 2, nikah kitabı, səhifə 626.)

2). Qadınlara eşqini bildirmək və onlara qarşı məhəbbətini biruzə vermək onların heç vaxt yadından çıxmır.

3). Qadınların səhfini bağışlamaq və üz vurmamaq.

4). Qadınlarla xoş rəftar etmək və onlarla səmimi olmaq.

5). Allah yanında ən sevimli o kəslərdir ki, öz həyat yoldaşı ilə gözəl rəftar etsin.

6). Ən sevimli kişilər o kəslərdir ki, öz həyat yoldaşlarına çoxlu yaxşılıq edərlər.

7). Kişi Allahdan qorxmalıdır ki, "olmaya, öz həyat yoldaşının hüququna riayət etməyə və ona zülm edə".

Əxlaq baxımından vacib nöqtələr:

1). Kişi öz həyat yoldaşına xidmətçi kimi deyil, əksinə xanım kimi baxmalıdır. Ona gül kimi qiymət verməlidir ki, onun iyi və təravəti aradan getməsin. Ondan bacarmadığı işi tələb etməsin.

2). Gündəlik yaşayış üçün lazım olan məişət əşyalarının qadının ixtiyarında qoyulması. Məsələn: imkan qədər zəmanəyə uyğun elektrik malları, geyim, yemək və sair. Bayramlarda isə ona hədiyyə almağı unutmasın.

3). Ailənin mühüm işlərində qadınla məsləhətləşmək ailənin davamına bais olar.

4). Yaxınlıq zamanı bütün etika normalarına riayət etmək.

B). Hüquq baxımından olan vəzifələr:

Bu vəzifədə iki hissəyə ortaq və xüsusi vəzifələrə bölünür. Birinci hissə qadının və kişinin ortaq hüquqlarıdır.

Kişinin qadının üzərində xüsusi olan vəzifəsi və hüququ:

A). Qadının bütün gündəlik tələbatı kişinin öhdəsində olmalıdır.

1). Zamana və məkana uyğun olaraq gündəlik yeyinti mallarının hazırlanması.

2). Zamana və məkana uyğun olaraq geyim əşyalarının hazırlanması.

3). Zamana və məkana uyğun olaraq bəzək əşyalarının hazırlanması.

4). Zamana və məkana uyğun olaraq yaşayış yerinin (ev), hazırlanması.

5). Ev əşyalarının və məişət əşyalarının kişi tərəfindən hazırlanması.

6). Əgər zaman və şərait tələb edərsə, evdə xidmətçinin olması.

7). Qadının bütün xəstəliklərinin dəvası üçün lazım olan hər bir şey kişinin öhdəsindədir.

B). Kişinin qadınla yaxınlıq zamanı öhdəsinə düşən vəzifə:

Bu mövzuda qanun susaraq öz yerini gözəl rəftara və əxlaqa verir.

Amma müctəhidlər bu məsələyə iki prizmadan yanaşırlar:

1). Qadının kişinin üzərində olan vəzifəsi budur ki, qadın bakirə olarsa, toydan sonra kişi gərək onun yanında yeddi gün qalsın.

Əgər kişinin ondan başqa üç arvadı varsa dörd gündən bir dəfə onun yanında qalmalıdır. Yəni hər gün bir arvadın yanında qalsın.

2). Cinsi yaxınlıq: Kişinin dörd ayda bir dəfə öz xanımı ilə yaxınlıq etmək hüququ var.
ixlas.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031