Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Gənclərin seçim problemi

Gənclərin seçim problemi

Gənclərin seçim problemi
İnsan həyatı seçimlər üzərində qurulubdur. Seçimlər insanın necə olmağını, həyatda hansı mövqe tutacığını müəyyənləşdirir. Elm və biliyin insan həyatında rolunu nəzərə alsaq, həyatda ən mühüm seçimlərdən biri fakultə və ixtisas seçimidir. Seçdiymiz fakultə gələcək həyatmızda necə bir şəxsiyyət kimi formalaşaraq, hansı mövqedən çıxış edəcəymizi müəyyən edən əsas amillərindən biri hesab olunur. Bu səbəbdən gərək fakultə seçimində yüzdəfə ölçüb birdəfə biçək.
Amma təəssüflə qeyd etməliyəm ki, əksər gənclər bu seçimi düzgün edə bilmirlər. Bugün muasir gəncdə təhsillə bağlı formalaşan ən səhv düşüncələrdən biri maddi gəlir və bunun yalnız iqtisadiyyat fakultəsinin olduğunu düşünməsidir. İqtisadiyyat dedikdə, tez pul başa düşüldüyü üçün əksər gənclər iqtisadiyyat fakultəsini seçməyə üstünlük verirlər. Bu fakultə haqqında müəyyən məlumatı olmadan, seçiminin ona nə qədər fayda verəcəyini nəzərə almadan və bunun üçün istedad və potensialının olub olmadığını nəzərə almadan seçim edirlər. Əlbətdə onuda qeyd etmək lazımdır ki, bu problemin kökündə orta təhsil mərkəzlərinin məsuliyyətsizi dayanır. Şagirdləri fakultə seçimiylə əlaqədər marifləndirmək və onların istedad -potensiyalını üzərə çıxarmaq orta təhsil mərkəzlərinin borcudur. Bunun üçün şagirdlərin seçim etmək istədikləri hər fakultə üzrə mütəxəssisləri dəvət edib, şagirdləri məlumatlandırmaq lazımdır. Onları insan haqqında, insanın ehtiyacları haqqında, cəmiyyətin ehtiyacları haqqında marifləndirmək lazımdır.
Zənnimcə fakultə seçmində başlıca diqqət olunası məsələ insanın ilkin olaraq özünün ehtiyac və çatışmamazlıqlarını kəşf etməsi, buna hansı fakultənin cavab verəcəyini müəyyənləşdirməsidir. Çünki elm öyrənməkdən ilkin məqsədmiz hər hansısa bir boşluqu doldurmaqdır. Maddi gəlir yaşam üçün zəruridir, amma seçəcəymiz fakultəni sırf maddi gəlir üçün seçmək səhv düşüncədir. Maddi gəlirin sabitliyi yoxdur, amma elmi baxımdan bir şəxsiyyət kimi formalaşan insan hər zaman maddi gəlir üçün lazım olan müəyyən vasitələri kəşf etmə gücünə malikdir.
Başqa bir məsələ cəmiyyətdə olan ehtiyac və boşluqlardır. Cəmiyyətdə olan ehtiyac və boşluqları təkcə İqtisadiyyatçıları doldura bilməz. Bu ehtiyac və boşluqları qarşılamaq üçün yaxşı müəllimlərə, psixoloqlara, filoloqlara vs. Lazımdır. Bu səbəbdən fakultə seçmində ikincə məsələ cəmiyyətin ehtiyaclarını nəzərə alaraq seçim etmək lazımdır. Seçim zamanı işsizliy qorxusunu özmüzdən kənarlaşdıraraq seçim etməliyik. Çünki qorxu seçimləri lazımınca dəyərləndirməyə maneə yaradır.
Dİqqət olunası bir başqa məsələ insanın istək və istedadlarını nəzərə almasıdır. Bəzi gənclər seçimlərində öz sevdikləri fakultəni işsiz qalacağından qorxaraq seçmir. Amma düşünürəm insan istəmədiyi bir şeydə onsuzda uğur qazana bilməz. Çünki istək səbəb olur ki, öz istedad və potensialımızıı kəşf edərək, istədiymizi qazanmaq üçün onlardan yararlanaq. İstəkdən əlavə gərək biz öz istedad və potensialmızı nəzərə alaq. Axı hər kəs idmançı ola bilməz. Bunun üçün lazım olan bir çox potensial vardır. Bunları nəzərə almadan hər hansı bir addım atmaq ağılsızlığdır. Zənnimcə əgər bir fakultəni seçmək istəyiriksə, əvvəl gərək fakultə haqqında mütəxəssislərdən, internet və yaxud bu fakultədə təhsil alanlardan ətrafı məlumat toplayaraq, bu məlumatları diqqətlə nəzərdən keçirib lazım olan potensialımızın olub olmadığını müəyyənləşdirək.
Əgər istək və potensialmızı nəzərə alaraq seçim etsək, seçdiyimiz fakultədə lazımınca uğur qazana bilmək imkanımız olar. Bunları nəzərə almadan seçəcəyimiz hər hansı fakultədə uğur qazanmağmız mümkünsüzdür.
Artıq müasir dünya elm və bilik dünyasıdır. Bu səbəbdən seçmilərmizə diqqət etməliyik ki, zamanəmiz üçün lazım olan bilik və elmə layiqincə yiyələnək.
Bəşər Məmmədov
Islammektebi.org
Müəllif: Admin | 26-01-2016, 12:45
Baxılıb: 252
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.