İmanı gücləndirmək üçün 3 mərhələ
Mьəllif: admin1
Tarix: 27-05-2020, 23:06
İmanı gücləndirmək üçün 3 mərhələ
Cavidan səadət, iman və saleh əməl sayəsində olar. Ona görə də iman və saleh əməli mömin insanın iki qanadı hesab edirlər. Biri olmadan, insan uça bilməz.

İman elə bir bulaqdır ki, içindən qaynayar və axar. Gözəl əməl kimi zahir olar. Ona görə də demək olar ki, təqvanın meyvəsini gərək iman budağından dərəsən.

İman - ürəyin ixtiyari əməlidir, onun dərəcələri vardır. Biz gərək onları tanıyaq ki, özümüzdə imanı gücləndirə bilək.

İmanı gücləndirmək üçün ata biləcəyimiz ilk addım - qəfləti aradan aparmaqdır.

İmanın ilk bəlası - qəflətdir. İman, ixtiyari görülən əməldir. İnsan bir işi öz istəyi ilə görən zaman gərək seçim etsin. Ətrafında olanların birini seçsin.

Bunun üçün ətrafında olan mövzulara diqqət etmək lazımdır. Qəflət elə burada özünü göstərər. İnsanın ətrafına diqqət etməsinə mane olar. Düzgün seçim etmək yolunu üzünə bağlayar.

Ona görə də Quran buyurur: "Doğrudan da Biz cin və insanların çoxunu (sanki) cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər.

Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. ("Əraf” 179).

Bəli, qəflət həqiqətləri tanımaq yolunu insanın üzünə bağlayar. İstedadlarını işdən salar. Ona görə də qafil insan heyvandan da alçaq sayılar.

İmanı gücləndirmək üçün ilk olaraq, qəfləti aradan aparmaq lazımdır. Yəni, ətrafımızda olan həqiqətləri görməyə çalışaq.

İkinci addım - elm öyrənməkdir.

Qəfləti aradan aparandan sonra növbəti addım – elm öyrənməkdir. Çünki insanda belə bir sual yaranır ki, görəsən dinimizin buyurduqları həqiqətdirmi?

Bu sualların cavabını bilmək üçün elm öyrənmək, təhsil almaq lazımdır. Lakin bir çoxları bu zaman zənn və gümanları ilə kifayətlənirlər. Halbuki, güman heç bir şəkki aradan apara bilməz.

"Onların çoxu (əqidə və etiqadlarında) yalnız zənnə və gümana tabe olurlar, halbuki, şübhəsiz (zənn və) güman heç bir haqqın yerini tutmur. Həqiqətən Allah onların nə etdiklərini biləndir”. ("Yunus” 36).

"Əgər (din işlərində) yer üzündəki insanların çoxuna tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənn və gümanın arxasınca gedirlər və ancaq təxmin edirlər”. ("Ənam” 116).

Quran buyurur ki, əgər şəkkin varsa, gərək elmin ardınca gedəsən, zənnin deyil. Yəqinin olmayan şeyin ardınca olmayasan. Ona görə də səadət ardınca olan insan gərək tövhid, nübuvvət, məad bəhslərindən xəbərdar olsun.

Elm iman üçün zəminə yaradar. "Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah (hər bir işdə) yenilməz qüdrət sahibi və bağışlayandır”. ("Fatir” 28).

İlahi xəşiyyət və xof iman sayəsində hasil olar. Elmin imanın güclənməsindəki rolu böyükdür. Lakin elm həmişə imanla sonlanmaz. Ancaq o zaman iman güclənər ki, insanın tövhid, nübuvvət, məad kimi mövzularda biliyi artsın.

İnsan iman gətirə də bilər, gətirməyə də bilər. Bu, belə deyildir ki, elm öyrənəndən sonra insanın imanının güclənməsi mütləqdir.

Üçüncü yol - bağlanmaqla mübarizə.

Başqasına ürək bağlamaq elmin təsir etməsinə mane olar. İnsanın bəzən bəzi şeylərə elmi vardır, ancaq ona iman gətirmir. Çünki ondan əvvəl ürəyi başqa birinə bağlanmışdır.

Elm zehnə aiddir, iman isə ürəyə. İman ürək verməkdir və bu, o zaman mümkündür ki, ürəyin bütün diqqəti başqa bir şeydə olmasın.

Beləliklə deyə bilərik ki, imanı gücləndirmək üçün:

- Qəfləti aradan aparmaq;

- Məbdə və məad haqqında elmə malik olmaq;

- Haqqı qəbul etmək üçün ürəyi hazır vəziyyətə salmaq lazımdır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930